Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı

Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən bu təşkilat ümumi maraqlar əsasında birləşmiş, könüllü prinsiplər əsasında tələbələr arasında əlaqə yaradan və tələbələrin ictimai həyatda fəal iştirakını təmin etmək məqsədi ilə təsis edililmişdir. Təhsil müəssisələrində muxtariyyət şəklində fəaliyyət göstərən müstəqil tələbə-gənclər təşkilatı təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökümət təşkilatları və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir

 

Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı

Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə-Gənclər Təşkilatları yaradılmışdır.

Buna müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Naziri M.Mərdanovun 28.02.2005 tərixli 89 saylı Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında əmrinə, 06-07 may 2005-ci il tarixlərində Təhsil Naziri M.Mərdanov və Gənclər İdman və Turizm Naziri Ə.Qarayev tərəfindən imzalanmış «Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatının əsasnaməsi»nə uyğun olaraq digər universitetlərlə yanaşı Bakı Dövlət Universitetdə də 2005-ci ilin iyun ayının 3-də «Tələbə Gəncələr Təşkilatı» yaradılmışdır.

Tələbə-Gənclər Təşkilatı ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşən tələbələrin ictimai həyatda fəal iştirakını təmin edir. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə və təşkilatın əsasnaməsinə uyğun fəaliyyət göstərir.

Təşkilatın emblemi, rəsmi məktub blankı və digər rekvizitləri vardır. 
Təşkilatın əsas məqsədli dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

Təşkilatın əsas vəzifələri aşağıdakılardır:

- tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması;

- tələbələr arasında maarifləndirmə işinin aparılması;

- tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;

- tələbələrin hüquqlarının təmin edilməsi;

- respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə istedadlı və yaradıcı tələbələrin inkişafının təmin edilməsi;

- tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;

- tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskusiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi.

Bunlardan əlavə, 23 sentyabr 2006-cı ildə “Tələbə-Gənclər Təşkilatının nəzdində Debat klubu yaradılmışdır. Hazırda treninqlərin keşirilməsi davam etdirilir.
2 noyabr 2006-cı ildə “Tələbə-Gənclər Təşkilatı”nın nəzdində Bakı Dövlət Universiteti Karyera mərkəzi təsis olunmuşdur.

 

Departamentlər aşağıdakılardır:

-  Beynəlxalq Əlaqələr

-  İctimaiyyətlə Əlaqələr

-  Layihələr

-  İnsan Resursları

-  Elm və Təhsil

Beynəlxalq Əlaqələr

Departament TGT-nin beynəlxalq və yerli təşkilatlar, təhsil müəssisələri ilə əlaqələrini təmin edir.

İctimaiyyətlə Əlaqələr

Departament təşkilatın ictimai əlaqələrini, tədbirlər barədə ictimaiyyətin məlumatlandırılmasını təşkil edir, TGT-nin təqdimatını həyata keçirir.

Layihələr

Departament Təşkilatın  layihələrin hazırlanması və idarə olunmasını həyata keçirir.

İnsan Resursları

Təşkilat üzvlərinin uçotunun aparılması, yeni üzvlərin qəbulunu həyata keçirir, təşkilatın müvafiq bölmələrinə resursların yerləşdirilməsiylə bağlı tövsiyyələr verir.

Elm və Təhsil

Departament  Elm və təhsillə bağlı  proqram və layihələrin həyata keçirilməsini təmin edir. Debat yarışları, intellektual oyunlar, olimpiadalar və s. bu kimi sahələrdə fəaliyyəti təmin edir.