Beynəlxalq hüquq və inteqrasiya problemləri
-----------------------------------------------------------------------------------(elmi-analitik və praktiki jurnal)


Jurnal 2005-ci ildən etibarən buraxılır.

Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir (12.02.2005,№1202).

Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Elmi məqalələrin dərc olunması tövsiyə edilən Elmi nəşrlər siyahısına daxildir.

Elmi məqalələr azərbaycan, rus, ingilis, o cümlədən Redaksiya heyətinin tövsiyə etdiyi digər dillərdə çap edilir. Elmi məqalələr yalnız nüfuzlu təşkilat və alimlərin rəyləri nəzərə alınmaqla, Redaksiya heyətinin qərarı ilə çap edilir.

Beynəlxalq hüquq və inteqrasiya jurnalında Beynəlxalq hüququn aktual problemləri, Dövlətdaxili hüquq, Beynəlxalq münasibətlər və İqtisadiyyat bölmələri mövcud olmaqla bu bölmələrdə hüquq, siyasi elmlər və iqtisadiyyat elminin aktual problelərinin tədqiq olunduğu məqalələr yer alır. Həmçinin jurnalda hüquq-siyasi elmlər, hüquq-iqtisadiyyat, iqtisadiyyat-siyasi elmlər qovşağında formalaşan elmi əhəmiyyətli məsələlərin tədqiq olunduğu məqalələr dərc edilir.

Elmi məqalələrin çap edilməsi üçün göndərilən əlyazmalar, fotolar və elektron daşıyıcılar geri qaytarılmır.

Redaksiyanın ünvanı: AZ1148, Bakı şəhəri, akademik Z.Xəlilov küçəsi 23, Bakı Dövlət Universiteti, I tədris korpusu, IV mərtəbə, “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsi.

Həmredaktorlar:  
h.e.d prof. Ə.İ.Əliyev
i.e.d prof  A.M.Məhərrəmov


Əlaqə

tel:
(+994 12) 539 00 93
e-mail: [email protected]