Kafedra 2006-cı ildə Beynəlxalq iqtisadi münasibətlər, İqtisadi nəzəriyyə və Ümumi iqtisadiyyat kafedralarının bazası əsasında yaradılmışdır. 2006-2009-cu illərdə kafedra müdiri vəzifəsində professor Adil Abbas oğlu Qasımov çalışmışdır.
Hazırda kafedraya professor Hacıağa Baxış oğlu Rüstəmbəyov rəhbərlik edir.
H.B.Rüstəmbəyov 1974-cü ildə ADU-nu fərqlənmə diplomu ilə bitirərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Siyasi iqtisad kafedrasına əyani aspiranturaya qəbul olmuş və 1978-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildən BDU-nun Siyasi iqtisad kafedrasının müəllimi, 1986-cı ildən dosenti, 2002-ci ildən Gömrük işinin təşkili və idarəetmə kafedrasının dosenti vəzifələrində çalışmışdır. 2009-cu ildən Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri olmuşdur. 2011-ci ildən isə Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsini icra edir. H.B.Rüstəmbəyov 2010-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Dünya iqtisadiyyatı kafedrası fakültənin nisbətən gənc və dinamik inkişaf edən strukturudur. Kafedranın fəaliyyəti respublika üçün Beynəlxalq iqtisadi münasibətlər və Dünya iqtisadiyyatı sahələrində peşəkar mütəxəssislərin hazırlanmasına yönəlmişdir.
Kafedrada hazırda prof.Rüstəmbəyov Hacıağa Baxış oğlu, dos.Aslanov Habil Hüseyn oğlu, dos.Səmədova Zəhra İsa qızı, dos.İbrahimov Təyyar Tapdıq oğlu, b/müəl.Hacıyeva Nəcibə Qabil qızı, müəl.Dadaşov Elmar Rahib oğlu, dos.Qələndərova Ümmühəbibə Məmmədtağı qızı, müəl.Mirzəyeva Ayan İbrahim qızı, b/müəl.Qafarlı Qalib Nizami oğlu, müəl.Axundova Aytəkin Həsən qızı, dos.Babayev Fərid Fikrət oğlu çalışır.
Kafedrada bakalavr pilləsində Beynəlxalq iqtisadi münasibətlər, Beynəlxalq marketinq, Beynəlxalq kommersiya, Beynəlxalq nəqliyyat əməliyyatları, Beynəlxalq birjalar, Ölkənin iqtisadi təhlükəsizliyi, Mühasibat uçotu və audit, Dünya iqtisadiyyatı və s., magistratura pilləsində Müasir iqtisadi təlimlər, Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin olunması problemləri, Xarici iqtisadi fəaliyyətdə vergi tənzimlənməsi problemləri, Beynəlxalq marketinq, Xarici iqtisadi fəaliyyətdə valyuta tənzimlənməsi problemləri fənləri tədris edilir.
Son 5 il ərzində kafedra əməkdaşlarının tədris olunan fənlər üzrə monoqrafiya, dərsliklər, proqram və metodik vəsaitləri çap olunmuşdur: «Milli iqtisadi mənafelər qloballaşma və transformasiya prosesində» monoqrafiyası, «Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi» adlı dərslik.
Kafedra əməkdaşlarının respublikada və xaricdə yüzlərlə elmi məqalələri və konfrans məruzələri dərc edilmişdir.
Bakalavriatura üzrə tədris edilən fənlər:
1. Dünya iqtisadiyyatı;
2. Beynəlxalq iqtisadi münasibətlər;
3. Beynəlxalq iqtisadiyyat;
4. Azərbaycan iqtisadiyyatı;
5. Beynəlxalq kommersiya işi;
6. Ölkənin iqtisadi təhlükəsizliyi;
7. Beynəlxalq iqtisadi təşkilatlar;
8. Mühasibat uçotu;
9. Audit;
10. Azərbaycanın xarici iqtisadi əlaqələri;
11. Beynəlxalq iqtisadi inteqrasiya;
12. Beynəlxalq turizmin əsasları;
13. Beynəlxalq investisiyalar;
14. Beynəlxalq nəqliyyat əməliyyatları;
15. Gömrük işi;
16. Transmilli korporasiyalar;
17. Dünya birjaları;
18. Logistika;
19. ABŞ-ın iqtisadiyyatı;
20. Qafqaz iqtisadiyyatı;
21. Mühasibat və mühasibat məsələləri;
22. Vergi və vergiqoyma;
23. Vergi sistemi;
24. Qiymət və qiymətəmələgəlmə.
Magistratura üzrə tədris edilən fənlər:
1. Beynəlxalq marketinq;
2. Tədqiqat metodları;
3. Dünya iqtisadiyyatının müasir problemləri;
4. Beynəlxalq valyuta kredit münasibətləri;
5. BİM elminin müasir problemləri;
6. Beynəlxalq ticarət və dövlətin xarici ticarət siyasəti;
7. XİF-in tənzimlənməsi problemləri;
8. BİM-in tənzimlənməsi sistemi;
9. Milli iqtisadi mənafelər;
10. Azərbaycanın regional və qlobal iqtisadi inteqrasiyada iştirakı problemləri;
11. Beynəlxalq logistika;
12. Milli iqtisadi təhlükəsizliyin aktual problemləri;
13. Gömrük nəzarəti sistemi;
14. XİF-in valyuta tənzimlənməsi problemləri;
15. Gömrük ekspertizası;
16. Gömrük işinin təşkilinin formalaşdırılması problemləri;
17. XİF-in tənzimlənməsi və metodoloji əsasları;
18. AR-nın vergi sistemi və iqtisadiyyatın vergi tənzimlənməsi;
19. Gömrük işi və gömrük tənzimlənməsi;
20. Xarici iqtisadi siyasət problemləri;
21. Beynəlxalq hesablaşma və ödəmə əməliyyatları;
22. Milli iqtisadi təhlükəsizliyin aktual problemləri;
23. Azərbaycanın xarici iqtisadiyyat siyasəti.