Cəbrayılov İkram İsmayıl oğlu


İqtisad üzrə fəlsəfə doktoru, Iqtisadiyyat və idarəetmə kafedrasının dosenti, elmi işlər və magistratura üzrə dekan müavini


İş telefonu: (+99412) 510-48-53

E-mail: [email protected]


QISA BİOQRAFİK MƏLUMAT

30 yanvar 1984-cü ildə anadan olmuşdur.

Orta məktəbi Qaradağ rayonu 288 saylı orta məktəbi bitirmişdir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Gömrük işinin təşkili ixtisasına qəbul olmuşdur.

2005-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.

2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr Hazırlıq Mərkəzinin Gömrük işinin təşkili ixtisasının magistr səviyyəsinə qəbul olmuşdur.

2007-ci həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.

2008-2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin dissertant olmuşdur.

2012-ci ildə dissertasiya işini uğurla müdafiə etmiş və iqtisad üzrə fəlsəfə doktoru adını almışdır.

ƏMƏK FƏALİYYƏTİ

2007-2008-ci illərdə hərbi xidmətdə olmuşdur.

2008-ci Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Gömrük işinin təşkili kafedrasına baş laborant vəzifəsinə qəbul olmuşdur.

2013-cü ildən İqtisadiyyat və idarəetmə kafedrasında müəllim vəzifəsində çalışır.

2014-cü ildən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində elmi işlər və magistratura üzrə dekan müavini vəzifəsində çalışır

TƏDQİQAT SAHƏSİ

Regionların sosial-iqtisadi inkişafı problemləri.