2006-cı ildə yaradılan kafedra zamanın tələbinə uyğun olaraq, müasir dövlətlərarası münasibətlərdəki siyasi və diplomatik proseslərin elminəzəri aspektlərini tədqiq və tədris edən bir mərkəzdir.

2006-cı ildən kafedraya Azərbaycanda ilk qadın siyasi elmlər doktoru, professor Hicran Kamran qızı Hüseynova rəhbərlik edir. H.K.Hüseynova 1977-ci ildə BDU-nun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildə namizədlik, 2001-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1988-ci ildən BDU-da çalışır. 
2007-ci ildən professordur. Müstəqil Azərbaycanın Avropaya inteqrasiyası problemləri ilə bağlı doktorluq dissertasiyası müdafiə edən prof. H.K.Hüseynovanı bu məktəbin banisi adlandırmaq olar. Onun rəhbərliyi ilə 4 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. 3 monoqrafiya, 2 dərslik, 3 proqram və 52 elmi məqalənin müəllifidir. O, 
2000-2006-cı illərdə fakültənin Elmi işlər üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2006-cı ildən Azərbaycan Respublikası Ailə, Uşaq və Qadın problemləri üzrə Dövlət Komitəsinin sədridir.

Kafedrada professorlar Hicran Kamran qızı Hüseynova, İsmayıl Məhərrəm oğlu Musa, dosentlər Asya Hüseyn qızı Hacıyeva, Kərəm Cahangir oğlu Məmmədov, Vəliyulla Beydulla oğlu Cəfərov, Təranə Muradəli qızı Tağıyeva, Emin Camo oğlu Hacınski, baş müəllim Səbinə Arif qızı Qaraşova,  müəllimlər Cənnətxan Əhməd oğlu Eyvazov, Bəxtiyar Əli oğlu Aslanbəyli, Nigar Zahid qızı Dünyamalıyeva, Gülgün Mübariz qızı Quliyeva, Bahar Vaqif qızı Hüseyn, Sevil Əlihüseyn qızı Hidayətova, Afət Ağaəli qızı Səfərova, baş laborant Sona Qurban qızı Abasova çalışır.

Kafedrada Beynəlxalq münasibətlərdə parlamentin rolu, Diplomatik portretlər, Diplomatik etiket və nitq mədəniyyəti, Diplomatik protokol, Diplomatik və konsul xidməti, Azərbaycanın xarici siyasəti, ABŞ-ın xarici siyasəti, Avropa ölkələrinin xarici siyasəti, Avropa inteqrasiya prosesləri, Beynəlxalq təşkilatlar, Geosiyasət, Dünya enerji siyasəti və s. fənlər tədris edilir. Tədris olunan fənlər gələcək mütəxəssislərin bilik və bacarıqlarının formalaşmasına mühüm təsir edir.

Müxtəlif illərdə kafedra müəllimlərinin monoqrafiya və dərslikləri nəşr olunmuşdur. Bunlardan «Müasir inteqrasiya prosesləri»; A.H.Hacıyevanın «Beynəlxalq münasibətlər tarixi»; V.B.Cəfərovun «Diplomatik yazışma»; İ.M.Musanın «Azərbaycanın Xarici Siyasəti» (3 cilddə); «Diplomatik portretlər» dərslikləri, «Diplomatik etiket və nitq mədəniyyəti» kitabları və s. qeyd etmək olar.

Mütəmadi olaraq xarici ölkə səfirləri ilə təmasın qurulması, tələbələrin beynəlxalq təşkilatlarda təcrübə keçməsi onların gələcək peşəkarlıqlarının yüksəldilməsində mühüm əhəmiyyətə malikdir.


Əlaqə telefonu: (+99412) 510-79-52