«İqtisadiyyat və idarəetmə» kafedrası formalaşma mərhələsini yaşasa da ötən illərin təcrübəsi sırf ixtisas yönümlü fənlərin tədrisinə imkan verir.Hələlik kafedrada işin əsas ağırlığı İ.e.d. prof. A.M. Məhərrəmov, İ.e.n. dos. M.Ə. Daşdəmirov çiyinlərinə düşür. Kafedranın xətti ilə bakalavr və magistr pillələrində aşağıdakı fənlər tədris olunur :

Bakalavr pilləsində:

-Gömrük statistikası

-Gömrük işi və siyasətinin tarixi

-Sahibkarlıq fəaliyyəti və biznesin təşkili

-Menecment və marketinq

-Xarici iqtisadi fəaliyyətin gömrük tarif tənzimlənməsi

-Gömrük işinin təşkili və idarəedilməsi

-Gömrük işinin təşkilində informasiya sistemlərinin tətbiqi

-İqtisadiyyatın dövlət və hüquqi tənzimlənməsi

-Gömrük kargüzarlığı

-Xarici iqtisadi fəaliyyətin qeyri tarif tənzimlənməsi

-Nəqliyyat vasitələri və yüklərə gömrük nəzarətinin texnika və texnologiyası

-Gömrük hüquq pozuntularına qarşı mübarizə,

Magistratura şöbəsində:

-Gömrüyün müasir problemləri

-Gömrüyün tarixi və metodologiyası

-Azərbaycan Respublikasında gömrüyün tarif tənzimlənməsi problemləri

-Azərbaycanın xarici ölkələrlə gömrük münasibətləri

-Azərbaycanın xarici iqtisadi əlaqələrində gömrük xidmətinin yeri və rolu

-Gömrük orqanları sistemində idarəetmənin əsasları və idarəetmə prosesi

-Gömrük rejimləri sistemi

-Azərbaycan Respublikasında gömrüyün təşkili və idarəedilməsi

-Gömrük nəzarətinin əsas formaları və xüsusiyyətləri

-Daxili bazarın qorunmasında gömrük orqanlarının rolu

-Gömrük rəsmiləşdirilməsi sistemi.

Kafedraların birgə yəaliyyət göstərdiyi illərdə müəllimlərin elmi araşdırmaları aşağıdakı mövzularla əhatə olunmuşdur və aşağıdakı elmi işləri çap olunmuşdur:

1. Daşdəmirov M. Bazar iqtisadiyyatı şəraitində müəssisələrin konseptual və real fəaliyyəti. B 2001
2. Daşdəmirov M. İnvestisiya layihələrinin təhlili. B 2003
3. Qasımov A., Aslanov H. BVF və onun dünya iqtisadiyyatında rolu
4. Qasımov A, Aslanov H. BVF və onun beynəlxalq-valyuta münasibətlərinin tənzimlənməsində rolu.
5. Məmmədov A. Keçid dövründə mülkiyyət münasibətlərinin diversifikasiya problemləri.
6. Rustəmbəyov H. Xəzəryanı dövlətlərin iqtisadi inteqrasiyası: ilkin şərtləri və perspektivləri.
7. Maqerramov A. Novıy format dlə OON: naüionalğnoe razvitie v qlobalğnoy gkonomike.
8. Məhərrəmov A. Milli sahibkarlığın və xarici iqtisadi əlaqələrin inkişafında gömrük orqanlarının rolu.
9. Maqerramov A. Problemı i perspektivı uçastiə Azerbaydjana v reqionalğnıx inteqraüionnıx proüessax.

Hazırda kafedra müdiri vəzifəsini dosent A.M.Məhərrəmov icra edir.