Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması (1918-1920) və fəaliyyəti xalqımızın yaddaşına əbədi iz saldı. Gənc dövlətin atdığı mütərəqqi addımlardan biri də Bakı Dövlət Universitetinin təsis olunmasıdır. Fəaliyyətinin bütün illərində elm və təhsil sahəsində flaqman sayılan BDU yüksəkixtisaslı kadr hazırlığının və ayrı-ayrı sahələr üzrə elmi araşdırmaların mərkəzinə çevrilmişdir. Daim axtarışlarla yaşayan BDU və onun çoxsaylı professor-müəllim heyəti bu gün də ön sıralardadır. İftixar hissi ilə qeyd olunmalıdır ki, BDU dünyanın ən nüfuzlu universitetləri ilə əməkdaşlıq edir, qloballaşan dünyada baş verən proseslərin, elmi kəşflərin Azərbaycan reallıqları ilə ahəngini yaradır. Bu mənada məhz BDU-da müstəqilliyimizin start illərində «Beynəlxalq münasibətlər və beynəlxalq hüquq» fakültəsinin yaranması qanunauyğunluq kimi dəyərləndirilməlidir. 1990-91-ci tədris ili Bakı Dövlət Universitetində yeni bir fakültənin «Beynəlxalq münasibətlər və beynəlxalq hüquq» fakültəsinin fəaliyyətə başlaması ilə yaddaqalan oldu. Elmi Şuranın bu cəsarətli addımı zaman axarında öz təsdiqini tapdı.

O vaxtlar beynəlxalq münasibətlər, xüsusilə beynəlxalq hüquq elmi haqqında təsəvvürlər cılız idi. Bu boşluğun qısa vaxtda aradan qaldırılması əsl fədakarlıq tələb edirdi. Mövcud şəraitdə işin ağırlığını yenicə yormalaşan yakültə kollektivi olduUlu öndər Heydər Əliyevin bir vaxtlar böyük uzaqgörənliklə respublikamızdan kənarda təhsil almağa yolladığı kadrlar yeni fakültənin işinə qatıldı və qısa zaman sınağında BDU-da əsl beynəlxalq hüquq məktəbi formalaşdı.Gənc fakültəyə ilk rəhbərlik edən də beynəlxalq hüquq ixtisası üzrə respublikamızda ilk elmlər namizədlərindən biri, Kiyev Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsinin məzunu Sədiyar Zeynalov oldu. 2006-cı ildə estafet fakültənin yetirməsi, tarix elmləri doktoru Zeynal Həsənalıyevə ötürüldü.

Qeyd olunmalıdır ki, öncə hüquq fakültəsinə beynəlxalq hüquq (30 nəfər), tarix fakültəsinə isə beynəlxalq münasibətlər (15 nəfər) ixtisaslarına məhdud sayda tələbə qəbulu keçirilmişdi. 1991-ci ildə üç ixtisas uzrə–beynəlxalq hüquq, beynəlxalq münasibətlər, beynəlxalq jurnalistika yeni fakültəyə 55 nəfər tələbə qəbul olunmuşdu. Odur ki, 1991-92-ci tədris ili tam mənasında fakültənin müstəqil fəaliyyətə başladıgı tarixdir. Həmin ilin noyabrında beynəlxalq münasibətlər və beynəlxalq hüquq ixtisasları üzrə tarix və hüquq fakültələrində, eləcə də Lənkəran Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan 11 nəfər tələbə fakültədə cəmləşdirildi. Beləliklə fakültə 82 nəfərdən 350 nəfərlik böyük bir kollektivə çevrildi.Həmin dövrdə fakültənin uğurlu start götürməsində ən başlıca faktorlardan biri hələ 70-ci illərdən mövcüd olan təcrübə idi. 1976-cı ildən başlayaraq BDU-da dünyanın 60-a yaxın xarici dövlətindən əcnəbi tələbələr təhsil alırdı. Bu gün fakültədə qardaş Türkiyə Respublikası, Əfqanıstan, İran İslam Respublikası, Rusiya və Gürcüstan dövlətlərindən gəlmiş xeyli tələbə təhsil alır.