Fakültə dekanlığının və kafedraların birgə işinin nəticəsi olaraq qısa müddətdə yeni və müasir standartlara cavab verən tədris proqramları hazırlanmışdır. Beynəlxalq əməkdaşlıq sahəsindəki uğurlara gəlincə, xüsusi olaraq «TACİS-TEMPUS» proqramı çərçivəsində «Avropa və Xəzər dənizi» layihəsi üzrə Fransanın Nits, Qrenobl və İtaliyanın Genuya Universitetləri ilə əməkdaşlığı vurğulamaq lazımdır. Tədrisin Avropa standartlarına inteqrasiyasında müstəsna əhəmiy¬yəti olan bu layihə əsasında fakültə həmin layihənin reallaşması nəticəsində tanınmaz dərəcədə dəyişib. Kafedralar və fənn kabinetləri ən müasir kompüter avadanlığı ilə təchiz olunub, internet şəbəkəsinə qoşulub.
Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi müxtəlif səviyyəli beynəlxalq proqramlarda iştirak edərək qalib gəlmiş və əldə etdiyi qrantlar hesabına Universitetə 1 milyon dollara qədər pul gətirmişdir. On beş il ərzində fakültə müəllimlərinin ayrı-ayrı fənnlər üzrə sanballı dərslikləri işıq üzü görüb, kafedralarda bakalavr və magistr tədris pillələrində nəzərdə tutulan fənlərin proqramları hazırlanıb və nəşr olunub.
Fakültə tələbələrinin uğurları daha sevindiricidir. Onlar Universitet daxili və beynəlxalq səviyyəli tədbirlərin ən fəal iştirakçılarıdır.Universitetin gənc intellektlərinin cəmləşdiyi komandanın heyətində də üstünlük BM və BH fakultəsi tələbələrinin əlindədir.Universitetlərarası “Beynəlxalq humanitar” yarışmasında fakultə komandası ardıcıl olaraq qalib olub və Beynəlxalq Qırmızı Xaç Komitəsinin diplomlarına layiq görülüb.Müxtəlif illərdə “Beynəlxalq hüquq” bilgisi kimi ABŞ-da,Moskva və digər şəhərlərdə keçirilən beynəlxalq müsabiqələrin qalibləri olublar. Bir vaxtlar fakultənin tələbəsi olan Rüvşən Əsgərov Moskvada keçirilən Nə? Harada? Nə zaman? intellektual oyunlarının ən güclü iştirakçısı olub.Məhz onun təşəbbüsü ilə müxtəlif illərdə 2 dəfə Respublikamızın paytaxtında Kim? Harada? Necə? oyunlarının final yarışları keçirilib.Fakültənin futbol komandası dos.K.Məmmədovun rəhbərliyi altında Universitet yarışmasının qalibi və finalçısı olmuşdur.Beynəlxalq münasibətlər şöbəsinin 2-ci kurs tələbəsi Ruslan Tofiq oglu Əsgərov 2006 – ci ilin 26-29 Yanvar tarixleri arasinda British Council ve Xezer Universitetinin Siyaset Institutunun “Living Together (Birge Yashayaq)” proyekti cherchivesinde “Konflikt, Konfliktin sebebleri, Konfliktlerin tehlili ve Konfliktlere cavab” mövzusunda treningde ishtirak edib..
2006-ci ilin 25-30 Aprel tarixleri arasinda Moskvada Moskva Dovlet Beynelxalq Elaqeler Universitetinin ve Avropa Insititunun teshkil atdiyi “3-cu Moskva Beynelxalq forumu” cherchivesinde “2006 ci ilin Avropa Birliyi Modeli” movzusunda Modelde ishtirak etmishem ve Universiteti layiqince temsil edib..
2006 - ci ilin 21-25 Oktyabr tarixlerinde Bruselde – NATOnun Bash Qerargahinda Azerbaycan Respublikasi Xarici Ishler Nazirliyi ve NATO Ictimai Diplomatiya Idaresinin teshkil etdiyi seminarda ishtirak etmishem. Bu seferde men telebe kimi Universiteti ve bir genc aktivist kimi Avro-Atlantik Merkez Ictimai Birliyini temsil edirdim.
2005- ci ilin 1 Yanvar – 1 Aprel tarixlərində Amerika Birləşmiş Ştatlarının Azerbaycandaki Səfirliyinin ve Amerika Təhsil Şurasının təşkil etdiyi “Nazirliklərdə praktika” müsabiqesinin qalibi olmuş ve yuxarıda göstərilən tarixdə Azərbaycan Respublikası İnformasiya Texnologiyaları ve Rabitə Nazirliyinin Beynelxalq Əlaqeler ve İnvestisiya Şöbesinde 4 aylıq ish təcrübəsi kecib. Ruzi Səmədov 1994—2003 –ci illər arasında 8-qat gəncdər arasında Azərbaycan çempionu olub.1997 və 1999 –ci illərdə Rusiyada 2-qat yeniyetmələr arasında 64-xanalı dama üzrə Dünya Birinciliyinin qalibi olub.1998-ci ildə Estoniyada (Tallin) 100-xanalı dama üzrə Gənclərin Ümumdünya Olimpiadasında komanda hesabında 2-ci olub.2002-ci ildə 64 xanalı dama üzrə Beynəlxalq Dama festivalının qalibi olub. 9 il ərzində 7-dəfə Dünya və iki Avropa çempionatında iştrak edib.