Fakültənin beynəlxalq əlaqələrində «TACİS-TEMPUS» proqramı çərçivəsində «Avropa və Xəzər dənizi» layihəsi üzrə Fransanın Nits, Qrenobl və İtaliyanın Genuya Universitetləri ilə əməkdaşlığı vurğulamaq lazımdır. Həmçinin fakültəmizin bir sıra əməkdaşları Fransanın Nitsa Universitetində elmi-tədris təcrübəsi keçmişlər.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi müxtəlif səviyyəli beynəlxalq proqramlarda iştirak edərək qalib gəlmiş və əldə etdiyi qrantlar hesabına Universitetə 1 milyon dollara qədər maliyyə vəsaiti cəlb edilmişdir.


Xarici ölkələrdə Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakultəsi dünyanın bir çox universitetləri ilə əlaqə saxlayır:

- Nitsa Universiteti (Fransa)
- Paris Diplomatiya Akademiyası (Fransa)
- Genuya Universiteti (İtaliya)
- Qrenobl Universiteti
- Pekin Universiteti
- Ukrayna Dövlət elmlər akademiyasının Dövlət və Hüquq İnstitutu
- Moskva Dövlət İdarəetmə Universitetinin ümumi hüquq kafedrası
- Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası
- Rusiya Hüquq Akademiyasının beynəlxalq hüquq kafedrası
- Tbilisi Dövlət Universitetinin beynəlxalq hüquq kafedrası
- Kazan Dövlət Universitetinin beynəlxalq hüquq kafedrası
- Krasnoyarsk Dövlət Universitetinin xarici ölkələrin beynəlaxlq və konstitusiya hüququ
- Litva Dövlət Universitetinin beynəlxalq hüqu kafedrası