2011-ci ildən yeni formatda fəaliyyətə başlayan İqtisadiyyat və idarəetmə kafedrasının xələfi olan Siyasi iqtisad kafedrasının əsasını 1945-ci ildə görkəmli alim Məmmədhəsən Dadaşov qoymuşdur. 1925-ci ildən Azərbaycanın ali məktəblərində, o cümlədən ADU-da Siyasi iqtisad fənninin əsasını qoyan və onu tədris edən ilk azərbaycanlı alim Məmmədhəsən Dadaşov olmuşdur. O, 1945-ci ildə ADU-da Tarix fakültəsinin nəzdində siyasi iqtisad qrupunu təşkil etmişdir. 1951-ci ildən Azərbaycan nəzəri iqtisad elmini ləyaqətlə təmsil edən siyasi iqtisad qrupunun ilk məzunları Polad Rufullayev, Sabir İbadov, İnqilab Əlibəyov, Hüseyn Hüseynov, Müzəffər İmanov, Tərlan İsmayılova, Çingiz Həsənov, Fəsli Əmikişiyev, Rasim Qarayev, Fazili Hüseyn, Tofiq Quliyev, Ağabala Qasımov, Adil Qasımov, Yavər Mirzəyev, Hacışirin Zeynalov, Ərəstun Axundov və başqaları olmuşlar. 1963-cü ildən etibarən isə M.Dadaşovun ciddi cəhdləri ilə ADU-da ayrıca siyasi iqtisad qrupu açılmışdır. 1968-ci ildə bu qrupu bitirən məzunlar sırasında Q.Qitəliyev, K.Zeynalov, A.Abdullayev, C.Əliyev, F.Hüseynov, R.Filiyev, B.Osmanov, S.Allahverdiyev və başqaları olmuşlar. Ümumiyyətlə, bu qrupları bitirənlər sonralar respublikada iqtisad elmini layiqincə təmsil etmiş və indi də etməkdədirlər. Belə ki, orta ixtisas məktəblərində, ali məktəblərdə siyasi iqtisad elmini yüksək səviyyədə tədris etməklə bərabər, elmi-tədqiqat institutlarında, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda nəzəri iqtisad sahəsində sanballı elmi-tədqiqat işləri ərsəyə gətirmişlər.
1971-1992-ci illərdə ADU-nun Siyasi iqtisad kafedrasına Azərbaycan EA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Teymur Süleyman oğlu Vəliyev rəhbərlik etmişdir. Həmin dövrdə kafedrada 23 müəllim, o cümlədən bir elmlər doktoru, professor, 17 elmlər namizədi, dosent çalışmışdır. Prof. T.S.Vəliyev kafedraya rəhbərlik etdiyi müddətdə Siyasi iqtisad kafedrası respublikada iqtisadiyyat elmi üzrə istinad kafedrası olmuşdur, xüsusilə 1976-cı ildən başlayaraq siyasi iqtisadın müxtəlif problemlərinə dair daimi «Ümumbakı seminarı» fəaliyyət göstərmişdir, bu seminarda həm tanınmış iqtisadçı alimlər, həm də ölkədən kənar ali məktəblərin tanınmış alimləri dəvət olunaraq məruzələrlə çıxış etmişlər.
Prof. T.S.Vəliyevin rəhbərliyi ilə Azərbaycanın bir qrup iqtisadçısı tərəfindən «İqtisadi nəzəriyyə» dərsliyi hazırlanmışdır. Bu gün Azərbaycanda nəzəri iqtisadın tədrisində bu dərslik və orta məktəblərin IX-XI sinifləri üçün onların hazırladığı «İqtisadiyyatın əsasları» (1997) dərsliyi geniş istifadə edilir.
1991-ci ildən İqtisadi nəzəriyyə ixtisası üzrə qrup yaradıldı ki, bu da müstəqil Azərbaycanın ilk günlərindən savadlı və yeni düşüncəli iqtisadçı kadrların hazırlanmasına təkan verdi.
1992-ci ildən Siyasi iqtisad kafedrasının adı dəyişdirilərək İqtisadi nəzəriyyə adlandırılmışdır. Həmin ildən kafedranın elmi-tədqiqat istiqamətində yeniləşmə və təkmilləşmə baş vermişdir.
1993-1999-cu illərdə İqtisadi nəzəriyyə kafedrasına professor Adil Abbas oğlu Qasımov rəhbərlik etmişdir. Kafedra əməkdaşları universitetin bütün fakültələrində iqtisadi nəzəriyyə, İqtisadi nəzəriyyə ixtisas qrupunda isə müxtəlif ixtisas yönümlü fənləri tədris etmişlər.
1997-ci ildə kafedranın bir sıra əməkdaşları tərəfindən yazılmış «İqtisadi nəzəriyyə» adlı dərs vəsaiti (2 hissə), 1998-ci ildə isə «Azərbaycan iqtisadiyyatı» dərsliyi nəşr olunmuşdur.
1999-cu ildən fakültənin tərkibində Gömrük işinin təşkili ixtisası üzrə bakalavr pilləsində tələbə qəbulunun başlaması həmin ildən Beynəlxalq iqtisadi əlaqələr və idarəetmə kafedrasının yaradılması ilə nəticələnir. O zaman kafedranın əməkdaşları əsasən İqtisadi nəzəriyyə kafedrasının professor-müəllim heyətindən təşkil olunmuşdu. Bu kafedraya prof.Adil Qasımov müdir seçilmişdir. Həmin dövrdə kafedrada Amil Məhərrəmov, Hacıağa Rüstəmbəyov, Aydın Məmmədov, Mustafa Daşdəmirov, Habil Aslanov və başqaları çalışırdılar.
Gömrük işinin təşkili ixtisası üzrə ilk buraxılış 2003-cü ildə olmuş və həmin ildən bu ixtisas üzrə magistr pilləsinə qəbul başlamışdır. Bu ixtisas üzrə 8 buraxılış olmuşdur və hazırda fakültənin 70-ə yaxın məzunu gömrük orqanları sistemində müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyini həyata keçirir. Onlardan biri vaxtilə kafedranın aspirantı olmuş, bu istiqamət üzrə ilk fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüş dosent Vüqar İsmayıl oğlu Əliyevdir.
2006-cı ildə ixtisaslı kadrların hazırlanmasının gücləndirilməsi məqsədi ilə Beynəlxalq iqtisadi əlaqələr və idarəetmə kafedrasının bazası əsasında 2 yeni kafedra – Beynəlxalq iqtisadi münasibətlər kafedrası və Gömrük işinin təşkili və idarəetmə kafedrası formalaşdırılmışdı.
2007-2011-ci illərdə Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr pilləsinə qəbul keçirilmişdir. Bu ixtisas halhazırda mövcud deyil, lakin magistratura səviyyəsində eyniadlı ixtisaslaşma fəaliyyət göstərir. İndiyə kimi bu istiqamət üzrə 60 nəfər magistr pilləsinə daxil olmuşdur.
2008-ci ildən Nazirlər Kabinetinin bakalavr pilləsi üzrə ixtisasların yeni təsnifatına görə BDU-da yeni Dünya iqtisadiyyatı və İqtisadiyyat ixtisasları üzrə kadr hazırlığına başlanıldı. Bunun məntiqi ardıcıllığı kimi Beynəlxalq iqtisadi münasibətlər, Gömrük işinin təşkili və idarəetmə, Ümumi iqtisadiyyat və İqtisadi nəzəriyyə kafedralarının bazasında 2011-ci ildə İqtisadiyyat və idarəetmə, Dünya iqtisadiyyatı və Riyazi iqtisadiyyat kafedraları yaradıldı. Hazırda İqtisadiyyat və idarəetmə kafedrasına professor Amil Məmmədəli oğlu Məhərrəmov rəhbərlik edir.
Amil Məmmədəli oğlu Məhərrəmov 1996-cı ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsini iqtisadi nəzəriyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. A.M.Məhərrəmov 2001-ci ildə namizədlik, 2010-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. A.M.Məhərrəmov 150-yə yaxın elmi əsərin, həmçinin 2 monoqrafiya, 3 dərslik, 1 dərs vəsaiti və 14 fənn proqramının müəllifidir. Prof. A.M.Məhərrəmov Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən İqtisad elmləri üzrə daimi müdafiə şurasının və 4 elmi-praktiki jurnalın redaksiya heyətinin üzvüdür.
Hazırda kafedrada professor Amil Məmmədəli oğlu Məhərrəmov, dosentlər Sabir Adil oğlu İbadov, Kutais Abuzər oğlu Sarıyev, Fərhad Mirzəağa oğlu Qarayev, Zöhrab Səməd oğlu Eyvazov, Pəri Əmirəhməd qızı Həsənova, Mehriban Yadulla qızı Yadulla, Səidə Ənvər qızı Şixəlizadə, Kamran Yusif oğlu Eyyubov, Rasim Fərhad oğlu Tacəddin, baş müəllim Ləman Elxan qızı Əzizova, müəllimlər Laçın Vəzir oğlu Abışlı, İkram İsmayıl oğlu Cəbrayılov, Hürü Siyasət qızı Şamilova, Leyla Qabil qızı Xasıyeva çalışır.
Kafedranın professor-müəllim heyəti iqtisadiyyat və dünya iqtisadiyyatı üzrə kadrların hazırlanması ilə yanaşı, həm də BDU-nun digər fakültələrində İqtisadiyyat fənnini tədris edirlər.
Bakalavr pilləsində:
-Gömrük statistikası
-Gömrük işi və siyasətinin tarixi
-Sahibkarlıq fəaliyyəti və biznesin təşkili
-Menecment və marketinq
-Xarici iqtisadi fəaliyyətin gömrük tarif tənzimlənməsi
-Gömrük işinin təşkili və idarəedilməsi
-Gömrük işinin təşkilində informasiya sistemlərinin tətbiqi
-İqtisadiyyatın dövlət və hüquqi tənzimlənməsi
-Gömrük kargüzarlığı
-Xarici iqtisadi fəaliyyətin qeyri tarif tənzimlənməsi
-Nəqliyyat vasitələri və yüklərə gömrük nəzarətinin texnika və texnologiyası
-Gömrük hüquq pozuntularına qarşı mübarizə,
Magistratura şöbəsində:
-Gömrüyün müasir problemləri
-Gömrüyün tarixi və metodologiyası
-Azərbaycan Respublikasında gömrüyün tarif tənzimlənməsi problemləri
-Azərbaycanın xarici ölkələrlə gömrük münasibətləri
-Azərbaycanın xarici iqtisadi əlaqələrində gömrük xidmətinin yeri və rolu
-Gömrük orqanları sistemində idarəetmənin əsasları və idarəetmə prosesi
-Gömrük rejimləri sistemi
-Azərbaycan Respublikasında gömrüyün təşkili və idarəedilməsi
-Gömrük nəzarətinin əsas formaları və xüsusiyyətləri
-Daxili bazarın qorunmasında gömrük orqanlarının rolu
-Gömrük rəsmiləşdirilməsi sistemi.
Kafedraların birgə yəaliyyət göstərdiyi illərdə müəllimlərin elmi araşdırmaları aşağıdakı mövzularla əhatə olunmuşdur və aşağıdakı elmi işləri çap olunmuşdur:
1. Daşdəmirov M. Bazar iqtisadiyyatı şəraitində müəssisələrin konseptual və real fəaliyyəti. B 2001
2. Daşdəmirov M. İnvestisiya layihələrinin təhlili. B 2003
3. Qasımov A., Aslanov H. BVF və onun dünya iqtisadiyyatında rolu
4. Qasımov A, Aslanov H. BVF və onun beynəlxalq-valyuta münasibətlərinin tənzimlənməsində rolu.
5. Məmmədov A. Keçid dövründə mülkiyyət münasibətlərinin diversifikasiya problemləri.
6. Rustəmbəyov H. Xəzəryanı dövlətlərin iqtisadi inteqrasiyası: ilkin şərtləri və perspektivləri.
7. Maqerramov A. Novıy format dlə OON: naüionalğnoe razvitie v qlobalğnoy gkonomike.
8. Məhərrəmov A. Milli sahibkarlığın və xarici iqtisadi əlaqələrin inkişafında gömrük orqanlarının rolu.
9. Maqerramov A. Problemı i perspektivı uçastiə Azerbaydjana v reqionalğnıx inteqraüionnıx proüessax.
Hazırda kafedra müdiri vəzifəsini professor A.M.Məhərrəmov icra edir.