Şamilova Hürü Siyasət qızı
İqtisad üzrə fəlsəfə doktoru, dosent
“İqtisadiyyat və idarəetmə” kafedrasının dosenti
İş telefonu: (+99412) 510-98-09
Email: [email protected]
==QISA BİOQRAFİK MƏLUMAT==
12 iyun 1962-cü ildə Qazax (indiki Ağstafa) rayonunun Poylu kəndində anadan olmuşdur.
Orta məktəbi Bakı şəhərində bitirmişdir.
==TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI==
1980-ci ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsinə qəbul olunub.
1986-cı ildə Mexanika-riyaziyyat fakültəsini bitirmişdir.
1997-2001-ci illərdə BDU-nun “iqtisadi nəzəriyyə” kafedrasının dissertantı olmuşdur.
2010-cu ildə “Müasir dövrdə Azərbaycanda əhalinin sosial müdafiəsinin tənzimlənməsi problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir
2014-cü ildən BDU-nun “İqtisadiyyat və idarəetmə” kafedrasının elmlər doktoru proqramı üzrə doktorantıdır. “Azərbaycanda insan kapitalının formalaşması və inkişafının idarə olunması problemləri” mövzusunda dissertasiya üzərində işləyir.
==ƏMƏK FƏALİYYƏTİ==
1982-ci ildən BDU-nun “Siyasi iqtisad” kafedrasında fəaliyyətə başlamış, laborant və baş laborant vəzifələrində çalışmışdır.
2013-cü ildən Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin “İqtisadiyyat və idarəetmə” kafedrasının müəllimi vəzifəsində çalışmışdır.
2016-cı ildən hal-hazıradək Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin “İqtisadiyyat və idarəetmə” kafedrasının dosent əvəzidir.
Bakı Dövlət universitetinin nəzdində fəaliyyət göstərən FD.02.018 Birləşdirilmiş dissertasiya şurasının elmi katibidir.
==TƏDRİS ETDİYİ FƏNLƏR==
- İqtisadiyyat
- Sosial sahənin iqtisadiyyatı
- İqtisadi qanunlar sistemi və onların fəaliyyət mexanizmi
- Bazar iqtisadiyyatı şəraitində sosial sferanın tənzimlənməsi problemləri
- 50 elmi əsərin, o camlədən, 1 dərs vəsaiti, 1 metodik vəsait və 7 tədris proqramının müəllifidir. 2012 və 2015-ci illərdə nəşr olunmuş Böyük iqtisadi Ensiklopediyanın (7 cilddə) redaksiya heyətinin və müəlliflər qrupunun üzvüdür.
==TƏDQİQAT SAHƏSİ==
- “Əhalinin sosial müdafiəsi və onun təkmilləşdirilməsi”
- “İnsan kapitalının formalaşması və idarə olunması problemləri”
==KİTABLAR==
1. “Sosial sahənin iqtisadiyyatı”
==METODİKİ VƏSAİTLƏR==
“Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi“
==SEÇİLMİŞ ƏSƏRLƏRİ==
1. Регулирование доходов как одно из основных направлений социальной политики Международная академия финансовых технологий. «Актуальные проблемы экономики и совершенствование правового регулирования в экономике». Статьи и тезисы докладов 2-ой Международной научно-практической конференции. Г.Пятигорск, 5-6 марта 2009 г.
2. Система социального обеспечения и социальной помощи в Азербайджане. Журнал научных публикаций аспирантов и докторантов. РФ, г.Курск, № 5, 2009 г.
3. Əhalinin sosial müdafiəsinin nəzəri-metodoloji problemləri. Bakı Universiteti Xəbərləri. Sosial-siyasi elmlər seriyası, № 2, 2010-cu il.
4. Azərbaycanda kənd əhalisinin sosial inkişafinin əsas istiqamətləri. Bakı Universiteti Xəbərləri. Sosial-siyasi elmlər seriyası, № 2, 2011-ci il.
5. Роль региональных программ социально-экономического развития в повышении уровня жизни населения в регионах Азербайджана. Журнал «Перспективы науки», № 3 (18), г.Тамбов, РФ, 2011 г.
6. Azərbaycanda özəlləşdirmə prosesində əhalinin sosial müdafiəsinin təmin olunması. ”Azərittifaq” Azərbaycan Kooperasiya Universiteti, Kooperasiya elmi-praktiki jurnalı, № 2 (25) -2012-ci il.
7. Əhalinin sosial müdafiəsinin təmin olunmasında insan kapitalının rolu. “Beynəlxalq hüquq və inteqrasiya problemləri” elmi-analitik və praktiki jurnal, № 2 (34). Bakı, BDU, 2013-cü il.
8. İnsan kapitalının səmərəli idarə olunması meyarları. “Beynəlxalq hüquq və inteqrasiya problemləri” elmi-analitik və praktiki jurnal, № 3 (31). Bakı, BDU, 2013-cü il.
9. Azərbaycanda insan kapitalının formalaşması və inkişafında təhsilin rolu. Azərbaycan xalqının Ümummilli Lideri H.Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” İqtisadiyyat və Beynəlxalq münasibətlər. IV Beynəlxalq Konqresinin materialları. Bakı, Qafqaz Universiteti, 02-04 may 2014-cü il.
10. Экономическая и социальная значимость инвестиций в образовательный капитал. ECO 2014. 2-nd International Conference on Energy, Regional Inteqration and Socio-Economic Development. Baku, Azerbaijan, October 1-3, 2014 г.
11. Повышение эффективности образовательных инвестиций как основное направление государственной стратегии по развитию образования в Азербайджане. Всероссийский научный журнал Микроэкономика, № 1, Москва, 2016 г.
12. İnsan kapitalından səmərəli istifadənin motivləşdirilməsi məsələləri. “İqtisadiyyatın davamlı inkişafı: problemlər, perspektivlər” mövzusunda Beynəlxalq elmi konfransın materialları (II hissə), SDU, ADİU. Sumqayıt, 27-28 aprel 2016-cı il.
13. Məcmu insan kapitalı və onun təkrar istehsalının əsas xüsusiyyətləri. “Beynəlxalq hüquq və inteqrasiya problemləri” elmi-analitik və praktiki jurnal, № 3 (47). Bakı, BDU, 2016-cı il.
14. İnnovasiya iqtisadiyyatının formalaşmasında insan kapitalının rolu. “Turizm və qonaqpərvərlik tədqiqatları”, № 1. 2017-ci il.