Hüseynova Hicran Kamran qızı
Siyasi elmlər doktoru, professor,
"Diplomatiya və müasir inteqrasiya prosesləri"
kafedrasının müdiri
İş telefonu: (+99412) 510-79-52 ; (+99412) 493-58-72
==QISA BİOQRAFİK MƏLUMAT==
1955-ci il, 13 avqust tarixində Moskva şəhərində anadan olub;
1962-1972-ci illərdə 6 nömrəli orta məktəbdə təhsil alıb;
1972-1977-ci illərdə BDU-nun tarix fakültəsində təhsil alıb;
1977-1988-ci illərdə 189 saylı məktəbdə tarix müəllimi işləyib;
1988-ci ildən Bakı Dövlət Universitetində çalışır;
2006-cı ildən Azərbaycan Respublıkası Ailə, uşaq və qadın problemləri üzrə dövlət Komitəsinin Sədridir
Ailəlidir, 2 övladı, 3 nəvəsi var.
==TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI==
1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
1985-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
2001-ci ildə “Azərbaycanın Avropa inteqrasiya proseslərinə qoşulması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
==ƏMƏK FƏALİYYƏTİ==
1977-1988-ci illərdə 189 saylı məktəbdə tarix müəllimi işləyib
1988-1990-cu illərdə BDU-nun « Siyasi tarix » kafedrasinin müəllimi
1990-1993-cü illərdə BDU-nun « Siyasi tarix » kafedrasının baş müəllimi
1993-2006-cı illərdə BDU-nun « Beynəlxalq münasibətlər » kafedrasının dosentı
2006-h/h BDU-nun « Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri, professor
2006-cı ildən Azərbaycan Respublikası Ailə, uşaq və qadın problemləri üzrə dövlət Komitəsinin Sədridir
==TƏDQİQAT SAHƏSİ==
İnteqrasiya prosesləri
Beynəlxalq münasibətlərdə lobbizm
==TƏDRİS ETDİYİ FƏNLƏR==
- „Müasir mərhələdə inteqrasiya prosesləri“
- „Beynəlxalq münasibətlərdə lobbizm“
==TƏLTİFLƏRİ==
1978-ci ildə Azərbaycanın „Ən gənc müəllimi» mükafatı ilə təltif olunmuşdur
2015-ci il, 12 avqust tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
==BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI==
Fransa, „TASIS-TEMPUS“ proqramı çərçivəsində Nitsa Universitetində keçirilən beynəlxalq konfrans, 1999.
London, Çathauz Universitetində keçirilən beynəlxalq konfrans, 2005.
==KİTABLAR==
Avropaya inteqrasiya və regional təhlükəsizlik, 2003.
Cənubi Qafqaz ümumdünya qloballaşma prosesində, 2003.
Müasir mərhələdə inteqrasiya prosesləri, 2007.
==DÖVLƏT, BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR==
Fransa, TASIS-TEMPUS proqramı, 1999.