2006-cı ildə yaradılmış “Beynəlxalq iqtisadi münasibətlər” kafedrası hal-hazırda «Dünya iqtisadiyyatı» kafedrası kimi fəaliyyət göstərir. Kafedranın yaranmasında və inkişafında BDU-nun Rektoru, akademik A.M.Məhərrəmovun müstəsna rolu olmuşdur. Universitet rektorunun 08.08.11-ci il R-79 saylı əmri ilə “Beynəlxalq iqtisadi munasibətlər” kafedrasının bazasında “Dünya iqtisadiyyatı” kafedrası yaradılmış və kadr potensialı daha da genişlənmişdir. Kafedrada hazırda yüksək ixtisaslı peşekar professor-müəllim heyyəti çalışır ki, onlardan i.e.d. prof. H.B.Rüstəmbəyovu, i.e.f.d., dos. N.M.Məmmədovu, i.e.f.d., dos. H.H.Aslanovu, i.e.f.d., dos. Q.E. Qitəliyevi, i.e.f.d., dos. X.Ş.Kərimovu, i.e.f.d., dos. R.M.Filiyevi, i.e.f.d., dos. Z.C.Eyvazovu, i.e.f.d., dos. A.Ş.Sultanovu, i.e.f.d., dos. F.M.Qarayevi, i.e.f.d., dos. C.A.Bağırovı, i.e.f.d. dos. Z.M. Mustafayevanı, i.e.f.d., müəl. S.E.Əhmədovanı və başqalarını göstərmək olar.

«Dünya iqtisadiyytı» kafedrası fakültənin nisbətən gənc, lakin dinamik inkişaf edən strukturudur. Kafedranın fəaliyyəti Universitetdə yeni və perspektivli ixtisaslar üzrə kadrların hazırlanmasına şərait yaratmışdır. Müstəqil Azərbaycanda “Beynəlxalq iqtisadi münasibətlər” və “Dünya iqtisadiyyatı” sahələrində peşəkar mütəxəssislərin hazırlanması kimi çətin və məsuliyyətli işin öhdəsindən kafedranın təcrübəli müəllimləri gəlirlər. Eyni zamanda bu prosesin həyata keçirilməsinə gənc kadrlar da cəlb edilirlər.

Kafedrada bakalavr pilləsində: Maliyyə və kredit, Azərbaycan iqtisadiyyatı, Beynəxalq iqtisadi münasibətlər, Dövlətin vergi siyasəti, Mühasibat uçotu və audit, İqtisadi diplomatiya, Dövlətin xarici iqtisadi siyasəti, Dünya iqtisadiyyatı, Qiymətəmələgəlmə mexanizmi və s., magistratura pilləsində: Müasir iqtisadi təlimlər, Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin olunması problemləri, Xarici iqtisadi fəaliyyətdə vergi tənzimlənməsi problemləri, Beynəlxalq marketinq, Xarici iqtisadi fəaliyyətdə valyuta tənzimlənməsi problemləri kimi fənnlər tədris edilir.

Son 5 il ərzində kafedra əməkdaşlarının ixtisas fənnləri üzrə kitab, proqram və dərslikləri çap olunmuşdur. Bunlara aşağıdakıları misal göstərmək olar:

Kafedra müdiri i.e.d., prof. H.B. Rüstəmbəyovun “Milli iqtisadi mənafelər qloballaşma və transformasiya prosesində” monoqrafiyası, prof. A.M. Məhərrəmov və dos.H.H. Aslanovun birlikdə yazdıqları “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” adlı dərsliyi, dos. N.M. Məmmədovun “Azərbaycan iqtisadiyyatı” dərsliyi və “Azərbaycanda orta təbəqənin formalaşması problemləri” monoqrafiyası, dos. Q.E. Qitəliyev və dos. P.Ə. Həsənovanın birlikdə yazdıqları “Mikroiqtisadiyyat” dərs vəsaiti, dos. X.Ş. Kərimovun “Azərbaycan iqtisad elminin görkəmli nümayəndələri” biblioqrafik əsəri cap olunmuşdur.

Kafedra əməkdaşlarının respublikada və xaricdə yüzlərlə elmi məqalələri və konfrans məruzələri dərc edilmişdir. Bununla yanaşı bakalavr və magistratura pillələrində tədris olunan fənnlərin əksəriyyətinin proqramları və metodik vəsaitləri nəşr edilmişdir. Hal-hazırda kafedra əməkdaşları tərəfindən “Dünya iqtisadiyyatı” fənni üzrə orijinal dərslik hazırlanıb.