Azərbaycan Respublikası müstəqillik əldə etdiyi gündən bir çox suveren dövlətlər kimi onun da xarici iqtisadi fəaliyyətində bir çox dəyişikliklər baş vermişdir. Bu münasibətlərin tənzimlənməsində gömrük orqanlarının rolu danılmazdır. Bütün bunların nətəcəsi olaraq gömrük işi sahəsində mütəxəssislərin hazırlanması zərurəti yaranmışdır.

«Gömrük işinin təşkili və idarəetmə» kafedrası 2006-cı ildə yaradılmışdır. Kafedranın yaranmasında və inkişafında AMEA-nın müxbir üzvü, prof.A.M.Məhərrəmov və dos. A.M.Məhərrəmovun müstəsna rolu olmuşdur.

Kafedranın formalaşma mərhələsini yaşasa da ötən illərin təcrübəsi sırf ixtisas yönümlü fənlərin tədrisinə imkan verir. Hələlik kafedrada işin əsas ağırlığı i.e.n. dos. A.M.Məhərrəmov, i.e.n. dos. M.Ə.Daşdəmirov və i.e.n. dos. A.B.Məmmədovun çiyinlərinə düşür. Kafedranın xətti ilə bakalavr və magistr pillələrində aşağıdakı fənlər tədris olunur

Bakalavr pilləsində: Gömrük statistikası, Gömrük işi və siyasətinin tarixi, Sahibkarlıq fəaliyyəti və biznesin təşkili , Menecment və marketinq, Xarici iqtisadi fəaliyyətin gömrük tarif tənzimlənməsi, Gömrük işinin təşkili və idarəedilməsi, Gömrük işinin təşkilində informasiya sistemlərinin tətbiqi, İqtisadiyyatın dövlət və hüquqi tənzimlənməsi , Gömrük kargüzarlığı, Xarici iqtisadi fəaliyyətin qeyri tarif tənzimlənməsi, Nəqliyyat vasitələri və yüklərə gömrük nəzarətinin texnika və texnologiyası, Gömrük hüquq pozuntularına qarşı mübarizə,

Magistratura şöbəsində: Gömrüyün müasir problemləri, Gömrüyün tarixi və metodologiyası, Azərbaycan Respublikasında gömrüyün tarif tənzimlənməsi problemləri, Azərbaycanın xarici ölkələrlə gömrük münasibətləri, Azərbaycanın xarici iqtisadi əlaqələrində gömrük xidmətinin yeri və rolu, Gömrük orqanları sistemində idarəetmənin əsasları və idarəetmə prosesi, Gömrük rejimləri sistemi, Azərbaycan Respublikasında gömrüyün təşkili və idarəedilməsi, Gömrük nəzarətinin əsas formaları və xüsusiyyətləri, Daxili bazarın qorunmasında gömrük orqanlarının rolu, Gömrük rəsmiləşdirilməsi sistemi.