Sariyev Kutais Abuzər oğlu
iqtisad elmləri namizədi, dosent
İş telefonu: (+99412) 510-98-09
E-mail:
==QISA BİOQRAFİK MƏLUMAT==
1951-ci il 1 mart tarixində Azərbaycan Respublikası, Gədəbəy rayonunun Nəriman kəndində anadan olmuşdur.
1957-ci ildə Nəriman kənd orta məktəbinin birinci sinfinə getmişdir.
==TƏHSİLİ VƏ ELMİ ADLARI==
1967-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutununa (hazırda ADİU) daxil olmuşdur.
1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “ticarətin iqtisadiyyatı” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1975-ci ildə Azərbaycan Dövlət Universitetinin siyasi iqtisad kafedrasında “siyasi iqtisad” ixtisası üzrə aspiranturaya daxil olmişam.
1984-cü ildə “İstehsalın təmərküzləşmələri qanunu və müasir dövrdə onun fəaliyyətinin xüsusiyyətləri mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
==ƏMƏK FƏALİYYƏTİ==
1971-ci ildə təyinat üzrə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-tədqiqat İnstitutuna kiçik elmi işçi qəbul olunmuşdur.
1974-cü ildə Azərbaycan Dövlət Universitetinin siyasi iqtisad kafedrasında baş laborant vəzifəsində çalışmışdır.
1979-cu ildə assistent vəzifəsinə keçmişdir.
1984-cü ildə siyasi iqtisad kafedrasında baş müəllim vəzifəsinə keçmişdir.
1988-cu ildə müsabiqə üzrə dosent vəzifəsinə keçmişdir.
2017-ci ildə BDU-da fəaliyyət göstərən FD.02.018 dissertasiya şurasının nəzdində fəaliyyət göstərən elmi-seminarın üzvüdür.
==TƏDRİS ETDİYİ FƏNLƏR==
- İqtisadiyyat
- Mikroiqtisadiyyat
- Makroiqtisadiyyat
- Regional ikqtisadiyyatının idarəedilməsi
==TƏDQİQAT SAHƏSİ==
Azərbaycanın mikroiqtisadiyyatı
Azərbaycanda sahibkarlıq və investisiya fəaliyyəti
Regionların sosial-iqtisadi inkişaf strategiyası
==SEÇİLMİŞ ƏSƏRLƏRİ==
- İqtisadi nəzəriyyə (dərslik) müəlliflərdən biri
- İqtisadiyyat (İqtisadi nəzəriyyə) müəlliflərdən biri
- Bank sistemi və bankçılıq (monoqrafiya) Bakı 2015 müəlliflərdən biri
- Azərbaycanda sahibkarlığın inkişafının prioritet istiqamətləri. “ Əmək və Sosial münasibətlər” elmi-praktiki jurnalı N2(06) 2016-cı il,səh.93
- Müasir dövrdə Azərbaycanda Sahibkarlıq strategiyasının konseptual əsasları “ Statistika Xəbərləri” elmi-praktiki jurnal 3/2016, səh.13
- Azərbaycanda innovativ milli biznesin formalaşması və inkişaf istiqamətləri “Statistika xəbərləri” 2/2017, səh.15