Hazırda fakültə 100 nəfərlik bir kollektivi özündə birləşdirir. Bunlardan 15 nəfəri elmlər doktoru, professor, 42 nəfəri fəlsəfə doktoru, dosent, 16 nəfəri baş müəllim, 13 nəfəri müəllim, 14 nəfəri isə laborant və texniki heyətə daxildir. Kafedralarda çalışan müəllimlərin böyük əksəriyyəti fakültəni bitirmiş məzunlardır.
Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. Bununla yanaşı, hər bir tələbənin ən azı iki xarici dil öyrənməsi zəruri sayılır. Bu sahədəki uğurlar daha sevindiricidir.
Hazırda Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr, magistr pilləsində, qiyabi şöbədə və əlavə təhsil şöbəsində 1843 tələbə elmin sirlərinə yiyələnir.
Əgər statistikaya üz tutsaq, fakültənin tələbə kontingenti haqqında maraqlı məlumatlar əldə etmiş olarıq.
Əyani bakalavr pilləsi üzrə:
Beynəlxalq münasibətlər ixtisasında - 543 tələbə (a/b 398, r/b 105, i/b 40),
Dünya iqtisadiyyatı ixtisasında - 510 tələbə (a/b 393, r/b 117);
İqtisadiyyat ixtisasında – 323 tələbə (a/b 282, r/b 26, i/b 15);
Politologiya ixtisasında – 120 tələbə (a/b 91, r/b29 )
Əyani magistratura pilləsində - 106 tələbə
Qiyabi magistratura pilləsində - 37 tələbə
Qiyabi əlavə təhsil pilləsində Beynəlxalq münasibətlər, Dünya iqtisadiyyatı və İqtisadiyyat ixtisası üzrə 204 tələbə təhsil alır.
Fakültənin bütün ixtisaslarına maraq hər zaman böyükdür. Hər il respublika üzrə tələbə qəbulunda ən yüksək bal toplamış abuturiyentlərin əksəriyyəti fakültəmizin tələbələri olurlar. Həmçinin 2014-cü il tələbə qəbulu imtahanında fakültəmizə 500 tələbə daxil olmuşdur.
Magistratura pilləsinə əyani şöbənin 1-ci kursunda 53 magistr təhsil alır. “Yaxın və Orta Şərq dövlətlərinin xarici siyasəti” ixtisası üzrə təhsil alan tələbələrə dərslər ingilis dilində tədris edilir. Bu ixtisasın magistrantları ərəb, fars, türk və ivrit dilləri üzrə ixtisaslaşırlar. Magistraturanın 2-ci kursunda 74 nəfər (Azərbaycan bölməsi – 26, rus bölməsi – 15, ingilis bölməsi – 11) təhsil alır. Qiyabi şöbədə 2-ci kursda 21 nəfər, 3-cü kursda isə 16 nəfər təhsil alırlar.
20/09/2014