HESABATLAR

İSTİQAMƏT: Azərbaycanda siyasi proseslər və milli təhlükəsizlik
PROBLEM: Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasları və ona qarşı təhdidlərin qarşısı alma yolları
MÖVZU: Müasir Azərbaycanın siyasi sisteminin sabitliyinin qorunmasında milli mənafenin rolu
Azərbaycan dövlətinin strateji yolu demokratiya, bazar iqtisadiyyatı və sahibkarlıq yoludur.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatına keçmədən ölkəni sosial-siyasi, iqtisadi və mənəvi böhrandan xilas etmək qeyri-mümkündür. Keçid dövründə həm bu dövrün xüsusiyyətləri, həm də strateji xəttin tələbləri nəzərə alınmalıdır. Bu dövrün normal başa çatması üçün hüquqi-siyasi baza və açıq cəmiyyət yaradılmalı, dövlət strukturlarının şəffaflığı təmin edilməlidir. Cəmiyyətin siyasi inkişaf qanunauyğunluğunun dərk edilməsi qarşıya qoyulan məqsədin düzgün müəyyənləşdirilməsinə kömək edir. Siyasi strategiya ictimai-siyasi mübarizəyə rəhbərlik sənəti hesab edilir. Onun həyata keçirilməsi cəmiyyətin iqtisadi və siyasi inkişaf səviyyəsindən asılı olub ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsini təmin edir, cəmiyyət üzvləri arasında əlaqə yaradır. Siyasi strategiyanın reallaşması iki istiqamətdə həyata keçirilir:

  1. Siyasi strategiyanın real siyasi şəraitə uyğun konseptual məsələlərinin işlənib hazırlanması;
  2. Taktiki fəaliyyətinin forma və üsullarının müəyyənləşdirilməsi;

Siyasi strategiya üç amili birləşdirir:

  1. Siyasətin elmi konsepsiyaya əsaslanması;
  2. Mənəvi sərvətlərin təhlükəsizliyi;
  3. Siyasətdə milli dəyərlərin nəzərə alınması.

Düzgün siyasi strategiya və taktika cəmiyyətin siyasi proseslərinin tənzimləyir, ictimai həyatın inkişafını, milli təhlükəsizliyini təmin edir. Siyasi strategiya tarixi prosesin real şəraitini, cəmiyyətin inkişaf səviyyəsini və sosial tərəqqini nəzərə alaraq həyata keçirilir. Siyasi strategiyada dövlətin maraqları öz əksini tapır:

  • sənaye cəmiyyətinin yaradılması;
  • siyasi islahatlar yolu ilə demokratik cəmiyyət qurulması;
  • sosial-iqtisadi, siyasi, mənəvi əlaqələrin inteqrasiyası;
  • dövlətlə siyasi partiyalar, ictimai-siyasi təşkilatlar arasında qarşılıqlı anlaşmanın olması;
  • xarici siyasi strategiyada milli mənafeyə əsaslanmaq;
  • milli mədəniyyət və ideologiyanın inkişaf etdirilməsi.

İqtisadi strategiyanın aşağıdakı istiqamətləri göstərilir:

  • istehsalın modernləşdirilməsi;
  • strateji ehtiyatlardan səmərəli istifadə edilməsi;
  • ölkənin müdafiə qüdrətinin artırılması;
  • milli pul vahidinin dəyərinin yüksəldilməsi;
  • sosial sahəyə diqqətin artırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və s.

Ictimai və siyasi sahələrdə radikal dəyişikliklərin eyni vaxtda həyata keçirilməsi çətin və münaqişə doğuran bir prosesdir. Keçid dövrü üçün cəmiyyətin dəyişilməsi, yeniləşməsi, inkişafı, köhnə sistemin qalıqlarının aradan qalxması səciyəvidir. Köhnə siyasi sistemin, dövlət strukturlarının dağılması, yenisinin ləng qurulması, totalitar rejimdən demokratik rejimə keçidin mürəkkəbliyi, erməni hərbi müdaxiləsinin törətdiyi faciələr ölkədə gedən siyasi proseslərə öz təsirini göstərir. Mövcud çətinlikləri aradan qaldırmaq üçün aydın prinsipial siyasi xətt həyata keçirmək, sosial-iqtisadi dəyişikliklərin labüdlüyünə insanları inandırmaq lazımdır.
Tədqiqatın mövzusu cəmiyyətin real vəziyyəti, siyasi durumu haqqında əsl həqiqəti aşkara çıxarmağa imkan verir.
Yerinə yetirilmiş elmi - tədqiqat işlərinin nəticələri:
Politologiya və sosiologiya kafedrasının siyahıda göstərilən əməkdaşları 2008-ci il ərzində elmi-tədqiqa işlərini hazırlayıb kafedranın müzakirəsinə təqdim etmişlər. Həmin elmi-tədqiqat işlərinin məzmunu belədir:

  1. Dos. Ə. C. Əhmədov «Müasir dövrdə siyasi partiyaların inkişaf meylləri». Elmi tədqiqat işində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, onların inkişaf aspektlərinin öyrənilib araşdırılması elmi-tədqiqat işinin əsas məqsədidir. Eyni zamanda elmi işdə siyasi partiyaların bu günki mövqeləri, sosial bazaları və siyasi proseslərdə iştirakı və inkişaf meylləri əhatəli surətdə tədqiq olunmuşdur.
  2. Dos. A. M. Şirinov- «Azərbaycan Respublikasının siyasi rejiminin MDB ölkələrinin siyasi rejimləri ilə müqayisəsi» Elmi tədqiqat işində başlıca məqsəd Azərbaycanın siyasi rejiminin digər MDB ölkələrinin siyasi rejimləri ilə müqayisəli təhlinini tədqiq etməkdir.
  3. Dos. M.Ə.Əfəndiyev.- «Demokratik dəyərlər sistemində referendumun siyasi xarakteristikası». Tədqiqat işində məqsəd referendum birbaşa demokratiya kimi mənalandırmaqdan ibarətdir.
  4. Dos. V. M. Cəfərova - «Azərbaycanda insan hüquqlarının qorunması problemi və beynəlxalq təcrübə». Tədqiqat işində məqsəd insan hüquqlarının qorunması istiqamətində Azərbaycan dövlətin əsas fəaliyyəti və beynəlxalq təcrübənin əsas cəhətlərinin araşdırılmasıdır.
  5. Dos. A. M. Piriyev.- «Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsas prinspləri».Elmi-tədqiqat işində Azərbaycan Respublikasının milli təhlükəsizliyin əsas prinsipləri araşdırılır. Azərbaycan Respublikasının Milli təhlükəsizliyinin qanunverici əsasları və bu qanunvericiliyin əsasında nələrin durduğu təhlil olunur. Azərbaycanın milli maraqlarında irəli gələrək milli təhlükəsizliyin əsasında ərazi bütövlüyünün qorunması, siyasi, iqtisadi, hərbi, sosial, mədəni sahələrdə təhlükəsizliyin təmin olunması və bu sahələrə qarşı təhdidlərin aradan qaldırılması yolları təhlil olunur.
  6. Dos. İ.Ə. Eyyubov - «Müstəqil Azərbaycan Respublikasında miqrasiya siyasətinin həyata keçirilməsi yolları və vasitələri ». Demoqrafiya ictimai elmdir. O, sosial strukturun tərkib hissəsidir. Demoqrafiyanın ən mühüm sahələrindən biri miqrasiyadır. Müasir dünyada miqrasiya prosesləri sürətlənir. Miqrasiyasının sürətlənməsi bir çox amillər təsir göstərir.
  7. Son bir əsrdə ermənilər tərəfindən azərbaycanlılar dörd dəfədən çox soyqırımlara, miqrasiyalara düçar olmuşlar. Bunların səbəblərini Azərbaycan xalqı bilmirdi. Ulu öndərimiz Heydər Əliyev iki tarixi fərmanı ilə azərbaycanlıların miqrasiya olunması sahələrini həm Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə çatdırmışdır.
    Elmi tədqiqat işində eyni zamanda Azərbaycanda baş verən daxili və miqrasiya və onun səbəbləri də göstərilmişdir. Daxili miqrasiya proseslərinin aradan qaldırılması sahəsində Azərbaycan dövlətinin siyasəti və bu sahədə həyata keçirdiyi tədbirlər məqsədilə uyğun şəkildə elmi tədqiqat işində öz əksini tapmışdır.
  8. Dos. Z. H. İbrahimov- «Ölkə daxili siyasi münaqişələr və onun həlli yolları». Elmi tədqiqat işində ölkə daxili münaqişələrin mahiyyəti, xüsusiyyəti və mühüm həlli yolları araşdırılmasıdır.
  9. Dos. N. S. İbadov - «Azərbaycanda çoxpartiyalı sistemin formalaşması». Elmi tədqiqat işində əsas məqsəd Azərbaycan Respublikasında çoxpartiyalı sistemin formalaşmasının təkamülü prosesi araşdırılmış, bu zaman tarixi, iqtisadi, mənəvi və digər amillərə diqqət yetirlmişdir. Elmi-tədqiqat işində həmçinin ayrı-ayrı siyasi partiyaların və onların yaranması prosesi araşdırlmış, respublikamızdakı çoxpartiyalı sistemin hal-hazırki tipinin müəyyənləşdirilməsinə cəhd göstərilmişdir. Tədqiqat işində həmçinin çoxpartiyalı sistemin formalaşmasında bloklaşma təcrübəsi nəzərdən keçirilmişdir.
  10. Dos. A. S. Rüstəmov -«Azərbaycan Respublikasında Prezident seçkilərinin əsas xüsusiyyətləri». Elmi tədqiqat işində icraedici orqana keçirilmiş seçkilərin tarixi analizi prizmasından araşdırılmışdır.
  11. Dos. R.İ. Bədəlova «İslam ölkələrinin Azərbaycan Respublikası ilə milli təhlükəsizlik sahəsində əməkdaşlığı». Elmi tədqiqat işində Azərbaycan Respublikasının islam ölkələri ilə beynəlxalq əməkdaşlığın, milli təhlükəsizliyin qorunması konkstində istiqamətlərin təhlili araşdırılır.
  12. Dos. Z. Ə. Əhmədova–«XIX əsrdə M.Kazımbəyin siyasi görüşləri». Elmi tədqiqat işində M.Kazımbəyin o dövrə xas olan icitimai-siyasi fikirlərinin formalaşması, inkişafında rolu araşdırılmışdır. Tədqiqat işində M.Kazımbəyin fikirlərinin müsbət inkişaf meylləri təhlil olunmuşdur. Dövlət idarəçiliyi və formaları haqqında fikirləri təhlil olunmuş və ümumiyyətlə onun siyasi fikrilərinin sonrakı Azərbaycan siyasi fikrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyi bir daha vurğulanmışdır.
  13. Baş müəl. Ü.Ə.Quliyeva.- «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərqərar olması». Elmi - tədqiqat işində Azərbaycanın dövlət müstəqilliyinin bərpa olması və müstəqil dövlət kimi AR-nın əldə etdiyi nailiyyətlər araşdırılır.
  14. Dos.əvəzi. X. B. Əfəndiyeva. – «Sosial demokratiyanın mahiyyəti». Tədqiqat işində sosial demokratiyanın bir ideologiya kimi nəzəri məsələlərinin tədqiqi öyrənilir.
  15. Baş müəllim R. A. Rəsulov - «Qloballaşma şəraitində milli dövlət mənafelərinin reallaşmasının əsas subyektləri» Elmi tədqiqat işində qloballaşma şəraitində milli dövlət mənafelərini reallaşdıran əsas subyektlərinin vəziyyətinin təhlili və onların əlaqələri araşdırılır.
  16. S.e.n., müəl. H. B. Məmmədov – «Müasir Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi siyasətinin əsas istiqamətləri». Elmi-tədqiqat işində əsas məqsəd Azərbaycan Respublikasının insan hüquq və azadlıqlarının qorunması istiqamətində dövlətin həyata keçirdiyi siyasətin əsas prinsip və məqsədlərin tədqiqidir.

Politologiya və sosiologiya kafedrası əməkdaşlarının çap olunmuş elmi əsərləri haqqında məlumat(dərslik, dərs vəsaiti, məqalə, tezis, monoqrafiya)
Politologiya və Sosiologiya kafedrasının əməkdaşlarının (A.M.Piriye A.SRüstəmov, N.S.İbadov, V.M.Cəfərova, M.Z.Həsənov) həmmüəllifliyi altında çap olunmuş «Politologiya» adlı dərslik siyasi elmin bir sıra problemlərinə həsr olunmuşdur. Siyasi partiyalar, seçki sistemləri, parlament, insan hüquqları haqqında problemlər, parlament və onun quruluşu kimi və s. problemlər geniş şəkildə araşdırılmışdır.
Kafedranın dosenti Məcid Əhməd oğlu Əfəndiyevin 2008-ci ildə «Siyasi elmini əsasları» adlı monoqrafiyası nəşr olunmuşdur. Kitabda siyasi elmin təşəkkülü və inkişafı prosesi, bu elmin ən köklü problemləri olan siyasət, siyasi hakimiyyət və dövlət fenomenləri ilə bilavasitə bağlı olan məsələlər əhatəli araşdırılır, ən əhəmiyyətli tədqiqat işlərinin müqayisəli təhlilinə səy göstərilir. Kitabın sonuncu təkmilləşdirilmiş müasir dünya və geosiyasət, siyasət və uzaqgörənlik problemlərinin təhlilinə həsr edilmişdir.
Dos. Məcid Əhməd oğlu Əfəndiyevin Sədadət Məcid qızı ilə birgə «Şəxsiyyət-mədəniyyət sistemi: sosial fəlsəfi təhlil» adlı monoqrafiyası nəşr olunmuşdur. Kitabda şəxsiyyət və mədəniyyət anlayışlarının mahiyyəti, məzmunu, strukturu və bir-birini şərtlənməsi qanunauyğunluğu təhlil olunur, həmçinin mədəniyyət və sivilizasiya anlayışlarının müqayisəli təhlilinə cəhd edilir.