Politologiya və sosiologiya kafedrası 1967-ci ildə yaradılmış “Elmi kommunizm” kafedrasının bazası əsasında formalaşıb və 1991-ci ildən bu günə kimi bu adla fəaliyyət göstərir. Vaxtılə Elmi kommunizm kafedrasında görkəmli filosoflar – akademik Ramiz Mehdiyev, professor Əlikram Abdullayev, dosent Nadir Şıxlı və başqaları çalışmış, Universitetin müxtəlif fakültələrində

dərs demişlər.

Kafedraya 1967-ci ildən 1997-ci ilə qədər fəlsəfə elmləri doktoru, professor Həsən İsmayıl oğlu Şirəliyev rəhbərlik etmişdir.

XX əsrin II yarısında Azərbay can elminin və təhsilinin ən görkəmli nümayəndələrindən biri kimi tanınmış fəlsəfə elmləri dok toru, professor, əməkdar elm xa dimi Həsən İsmayıl oğlu Şirəliyev 1929-cu ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Düdəngə kəndində anadan olmuşdur.

1946-cı ildə Yengicə kəndindəki orta məktəbi gümüş medalla bitirmişdir. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1952-1953-cü illərdə Naxçıvanın Şərur rayonundakı Yengicə kənd orta məktəbində direktor işləmişdir. 1953-1956-cı

illərdə Bakı Dövlət Universitetində fəlsəfə ixtisası üzrə aspiranturada təhsil almış, 1957-1958-ci illərdə AMEA-nın Fəlsəfə bölməsinin elmi katibi işləmişdir.

1958-ci ilin sentyabrından BDU-nun “Fəlsəfə” kafedrasında elmi-pedaqoji fəaliyyətə başlamışdır. Həmin ildə fəlsəfə elmləri üzrə namizədlik dissertasiyasını işi müdafiə etmişdir. 1967-ci ildə BDU-nun “Elmi kommunizm” kafedrasının müdiri seçilmiş, sonradan isə həmin kafedranın bazasında yaradılmış politologiya və sosiologiya kafedrasının müdiri olmuşdur. H.Şirəliyev 1975-ci ildə doktorluq dissretasiyası müdafiə etmiş, 1978-ci ildən isə BDUnun professoru olmuşdur. Onun elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti çoxşaxəli olmuşdur. O, fəlsəfənin müxtəlif sahələri üzrə 10-dan çox monoqrafiya, dərslik, politologiya və sosiologiya elminə aid dərslik yazmışdır. H.İ.Şirəliyev 100-dən çox elmi məqalənin müəllifi olmuşdur. O bir sıra siyasi əsərləri rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir.

H.İ.Şirəliyev yüksək ixtisaslı kadrların hazırlanması sahəsində çox iş görmüşdür. O, Azərbaycan, habelə keçmiş SSRİ-nin digər respublikaları üçün 75 nəfərdən çox elmlər doktoru və elmlər namizədi hazırlamışdır. H.İ.Şirəliyev həmçinin ADR, Bolqarıstan, Polşa, Çexoslovakiya, Vyetnam, Monqolustan üçün elmi-pedaqoji kadrların hazırlanması işinə layiqli töhfə vermiş, bu ölkələrdən gələn dissertant və aspirantların elmi rəhbəri olmuşdur. Elmin inkişafı və yüksək ixtisaslı kadrların hazırlanması sahəsində mühüm xidmətlərinə görə o, 1980-ci ildə “Əməkdar elm xadimi” adına, 1985-ci ildə isə “SSRİ ali məktəb əlaçısı” döş nişanına layiq görülmüşdür.

Professor H.Şirəliyevin hazırladığı “Politologiya” dərsliyindən bu gün də ali məktəblərin tələbələri geniş istifadə edirlər. O, 30 il ərzində BDU-da əvvəlcə Elmi kommunizm, sonra isə Politologiya və sosiologiya kafedrasının müdiri olmuş, bir sıra məsul vəzifələrdə də çalışmışdır.

Hazırda Universitetdə Həsən müəllimin adı xüsusi rəğbətlə yad edilir.O, rəhbərlik etdiyi müddətdə kafedranın bütün üzvlərinə, o cümlədən tələbələrə xüsusi həssaslıqla yanaşmış, onların elmiintellektual və mənəvi inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Prof. H.İ.Şirəliyev haqqında redaktoru dosent F.Q.Vahidov, tərtibçisi dosent İ.Ə.Eyyubovun olduğu “Ölüm sevinməsin qoy” adlı xatirə kitabı nəşr olunmuşdur.

1997-ci ildən Politologiya və sosiologiya kafedrasına prof. H.İ.Şirəliyevin yetirməsi, fəlsəfə elmləri namizədi, professor Əli Cavad oğlu Əhmədov rəhbərlik edir.

© Bakı Dövlət Universiteti