.

 

POLİTOLOGİYA VƏ SOSİOLOGİYA KAFEDRASI

1997-ci ildən Politologiya və sosiologiya kafedrasına prof. H.İ.Şirəliyevin yetirməsi, fəlsəfə elmləri namizədi, professor Əli Cavad oğlu Əhmədov rəhbərlik edir.

Politologiya və sosiologiya kafedrasının müəllimləri həm universitetin, həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Kafedranın dosenti V.M. Cəfərova Almaniyada keçirilən beynəlxalq müsabiqənin diplomuna, 2007-ci ilin aprelində keçirilən “Nəsillərlə üz-üzə” beynəlxalq layihəsinin eksperti olaraq, Təhsil Nazirliyinin diplomuna layiq görülmüşdür. Kafedranın dosenti H.B.Məmmədov Qazaxıstanda keçirilən “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” beynəlxalq konfransında fəxri professor adına layiq görülmüşdür və s.

Politologiya və sosiologiya kafedrasının əməkdaşları respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, aktual elmi-siyasi problemlər üzrə tədqiqatlar aparırlar. Kafedra bütün fakültələrdə politologiya və sosiologiya, Sosial elmlər və psixologiya fakültəsinin ixtisas qruplarında siyasi elmin xüsusi kurslarını tədris edirlər.

Kafedra 1994-2011-ci illərdə özünün məqsədyönlü fəaliyyəti ilə xüsusilə seçilir. Bu dövrdə “Politologiya” elminin öyrənilməsində əsas diqqət Azərbaycan Respublikasında dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və vətəndaşların siyasi şüurunun daha da artırılmasına yönəlmişdir.

Hal-hazırda kafedrada bir professor (Əli Cavad oğlu Əh mədov), 13 dosent (Azər Mehdi oğlu Şirinov, Arif Sədi oğlu Rustəmov, Məcid Əhməd oğlu Əfəndiyev, Abbas Musa oğlu Piriyev, Vəsxanım Meylaqulu qızı Cəfərova, Zülfəli Heyvəli oğlu İbrahimov, İsmayıl Əhməd oğlu Eyyubov, Hikmət Baba oğlu Məmmədov, Nazim Sadıq oğlu İbadov, Rəhilə İldar qızı Bədəlova, Zemfira Əmrah qızı Əhmədova, Xatirə Bəxtiyar qızı Əfəndiyeva, Tahir Rza oğlu Behbudov), bir nəfər baş müəllim Rafiq Atəş oğlu Rəsulov, beş nəfər müəllim Mehman Zahid oğlu Həsənov, Ülviyyə Əlisahib qızı Quliyeva, Validə Əbdüləziz qızı Mustafayeva, Elşad Mirbəşiroğlu, Sevinc Əli qızı Əliyeva, Gülşən Fazil qızı Məmmədova, iki nəfər baş metodist (Könül Mədət qızı Şıxıyeva, Daşqın Allahverdioğlu Rəcəbli), 1 nəfər metodist (Məftunə Rəşid qızı Abdullayeva) çalışır.