- Müəllimlər
- Təhsil
- Ünvan
RİYAZİ İQTİSADİYYAT KAFEDRASI
Kafedra 2002-2011-ci illərdə fəaliyyət göstərmiş “İqtisadi informatika” kafedrasının və “Riyazi iqtisadiyyat və İqtisadi ekoloji sistemlərin modelləşdirilməsi” (indiki “İqtisadi kibernetika”) kafedralarının bazası əsasında 08.08.2011-ci ildə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin nəzdində formalaşdırılmışdır.
Kafedra müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Elşar Qurban oğlu Orucovdur. E.Q.Orucov 1980-1985-ci illərdə ADU-nun Tətbiqi riyaziyyat fakültəsində təhsil almışdır. 1992-ci ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1999-2011 illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində çalışmışdır. Diferensial tənliklər, riyazi fizika, maliyyə-iqtisadi analizdə riyazi üsullar, ekonometrik təhlil sahələrində100-dən artıq elmi məqalənin, 6 kitabın müəllifi , 2 kitabın isə həmmüəllifidir.
Hazırda kafedrada professor – Elşar Qurban oğlu Orucov, dosentlər Leyla Məzdək qızı Məmmədova, Natavan Soltan qızı Əyyubova, Rəna Tahir qızı Zülfüqarova,dosent əvəzləri Lamiyə Ələddin qızı Rüstəmova, Leyla İkram qızı Əmirova, Həcər Cavid qızı Əfəndiyeva, Sara Mübariz qızı Hüseynova, müəllimlər Ülviyyə Yasin qızı Kərimova , Nərgiz Eldəniz qızı Şəhriyarova çalışırlar.
Kafedranın əməkdaşları iqtisadi-maliyyə proseslərinin riyazi-sistemli analizi elmi istiqaməti üzrə tədqiqat işləri aparırlar. Elmi-tədqiqat işlərinin məqsədi iqtisadi-maliyyə yönümlü idarəetmə məsələlərini, investisiya layihələrinin iqtisadi-texniki əsaslandırılmasını, maliyyə bazarlarının konyunkturasının öyrənilməsini və burada proqnozlaşdırılma məsələlərini riyazi modelləşdirməklə müasir riyazi üsulların tətbiqi ilə konkret şəraitdə optimal idarəedici qərarların qəbul edilməsinin əsaslandırılmasından, iqtisadi proseslərin dinamik analizinə və ən yeni informasiya sistemlərindən istifadə etməklə bu məsələlərin həllinin kompyuter realizasiyası üçün uyğun proqram paketlərinin tərtibatından və onları iqtisadi məsələlərin həllinə tətbiqindən ibarətdir.
Kafedra Moskva Dövlət Universiteti, Ukrayna MEA-nın Riyaziyyat İnstitutu, Ukrayna Milli İdarəçilik Akademiyası (Kiev), Ukrayna MEA-nın Aşağı Temperaturlu Texniki Fizika İnstitutu, Donetsk Dövlət İdarəçilik Universiteti (Ukrayna), Rusiya EA-nın Sistemli analiz, İdarəetmənin problemləri İnstitutları və digər elm mərkəzləri ilə elmi əlaqələr yaratmışdır.
Kafedrada aşağıdakı fənlər tədris olunur:
Bakalavr pilləsində
Dünya iqtisadiyyatı, İqtisadiyyat və Menecment ixtisasları üzrə : Xətti cəbr və riyazi analiz (az,rus,ing.) , Statistika (az,rus,ing.), Riyazi iqtisadiyyat (az,rus,ing.), Ehtimal nəzəriyyəsi və riyazi statistika (az,rus,ing.), İqtisadi informatika (az,rus,ing.), Ekonometrika(az,rus,ing.), İnformasiya kommunikasiya texnologiyaları (az,rus,ing.), Maliyyə riyaziyyatı (az,rus,ing.), İqtisadi riyazi modelləşdirmə (az,rus,ing.)
Politologiya, Beynəlxalq münasibətlər və Dövlət və ictimai münasibətlər ixtisasları üzrə: İnformatika
Magistratura pilləsində
İqtisadi riyazi modelləşdirmə ixtisası üzrə: İqtisadi riyazi modelləşdirmə, İqtisadiyyatın müasir riyazi problemləri, Iqtisadi analizin riyazi metodları, Tədqiqat metodları, Sosial-iqtisadi proseslərin proqnozlaşdırılması, İqtisadi qərarların qəbul edilmə nəzəriyyəsi, Sosial-iqtisadi proseslərin proqnozlaşdırılması, İqtisadi təhlil, Statistik verilənlərin kompyüter paketlərlə emalı
Ekonometriya ixtisası üzrə: İqtisadiyyatda stoxastik proseslər, İqtisadiyyatın müasir ekonometrik problemləri, Tətbiqi ststistika, Çoxölçülü statistik analiz metodları, Tədqiqat metodları, Sosial-iqtisadi proseslərin proqnozlaşdırılması , Statistik verilənlərin kompyüter paketlərlə emalı, Ekonometrik təhlil
Kafedranın əməkdaşları həm də BDU-nun digər fakültələrində o cümlədən Sosial elmlər və Psixologiya fakültəsində Sosial iş ixtisası üzrə Statistika fənnini, Sosialogiya ixtisası üzrə isə Riyazi statistika fənnini tədris edirlər.