Qış imtahan sessiyası

2009-2010-cu tədris ilinin qış sessiyasının imtahanları keçirilir. 05.01.2010 tarixində başlayan imtahanlar 30.01.2010 tarixində sona çatacaqdır. İmtahanlarda obyektivliyin təmin olunması, ədalətli qiymətləndirmə və pozuntu hallarının qarşısını almaq üçün rektorun birbaşa göstərişi ilə universitet səviyyəsində, eləcə də Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində ciddi tədbirlər görülmüş, tələbələrin ərizələri əsasında işlərin 2-ci dəfə apellyasiya və münaqişə səviyyəsində yoxlanılması üçün komissiyalar təşkil olunmuşdur. Bunlardan əlavə imtahanlarda yarana biləcək problemlərlə bağlı Təhsil Nazirliyi çərçivəsində qaynar xətt təsis edilmişdir.

/ 10/01/2010