ADA Universitetinin dekanı BDU-da mühazirə oxuyub
“ADA” Universitetinin İctimai və Beynəlxalq Əlaqələr fakültəsinin dekanı Dr. Elnur Soltanov Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbələri qarşısında “ Münaqişələrin analizi və onların həlli texnologiyaları” mövzusunda təqdimatla çıxış etmişdir.
Təqdimat zamanı müasir dövrdə beynəlxalq aləmdə baş verən münaqişələr haqqında geniş fikir mübadiləsi aparılmış və Dağlıq Qrabağ münaqişəsi ətrafında son durum nəzərdən keçirilmişdir.
Təqdimatın sonunda diskussiya zamanı fəallıq göstərən tələbələr “ADA” Universiteti tərəfindən mükafatlandırılmışdır.