ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru tələbələrə mühazirə oxuyub

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində olub. “Beynəlxalq siyasi iqtisadiyyat: müqayisəli təhlil” mövzusunda çıxış edən E.Soltanov siyasi iqtisadiyyat məsələlərini təhlil edib. Mühazirənin sonunda diskussiya təşkil olunub, tələbələrin sualları cavablandırılıb. Qeyd edək ki, BDU və ADA universitetləri arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində ADA-nın yerli və xarici müəllimləri tərəfindən BDU-da açıq dərslərin təşkili və mühazirələrin oxunması nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi, 24 dekabr 2015-ci il.

/ 24/12/2015