Akademik Abel Məhərrəmov təltif edilib

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin «Şərəf və Vicdan» Avropa Ordeninə layiq görülüb. Adıçəkilən qurumun prezidenti M.A.Pekelisin imzası ilə göndərilmiş müvafiq sənəddən məlum olur ki, rektor «Elm və təhsil sahəsində böyük xidmətlərinə görə» bu yüksək adla mükafatlandırılıb.

Mətbuat və İnformasiya şöbəsi, 05 aprel 2011-ci il.

/ 05/04/2011