Avropa İttifaqının nümayəndəsi BDU-da olub
BDU-nun Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə Avropa İttifaqı nümayəndəsinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində görüşü keçirilib. Beynəlxalq münasibətlər kafedrasının dosenti Mehriban Babazadə və Aİ nümayəndəsi tələbə və magistr heyəti ilə görüşüb.
Daha sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində mühazirə oxuyub. “Avropa İttifaqı və Azərbaycan; mövcud durum və əməkdaşlıq perspektivləri” mövzusunda çıxış edən D.Daniilidis inteqrasiya birliyinin xarici əlaqələrinə aid məsələləri təhlil edib. Mühazirənin sonunda diskussiya təşkil olunub, tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, Avropa İttifaqı ilə yanaşı digər beynəlxalq qurum və təşkilatların nümayəndələri tərəfindən BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində açıq dərslərin təşkili və mühazirələrin oxunması nəzərdə tutulub.
![]() |
![]() |
![]() |