Bakı Dövlət Universiteti ilə Türkiyənin Ondoqquz May Universiteti arasında Anlaşma Memorandumu imzalandı
Akademik Abel Məhərrəmov əmin olduğunu bildirib ki, Ondoqquz May Universiteti ilə imzalanmış bu memorandum əməkdaşlığın inkişafı istiqamətində çox böyük nəticələr verəcək.
Ondoqquz May Universitetinin rektoru, professor, doktor Hüseyin Akan da öz növbəsində memorandumun kağız üzərində qalmayacağını, təhsil və elmin inkişafı baxımından səmərəli olacağını qeyd edib.
İmzalanan Anlaşma Memorandumuna əsasən əməkdaşlıq aşağıda qeyd olunan sahələri əhatə edir:
- Tədqiqatçı, tələbə, magistr, və doktorantların mübadiləsi;
- Müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım;
- Qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi;
- İkitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili;
- Qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı;
- Magistratura və doktorantura pillələri üzrə ikili diplom proqramlarının hazırlanması və tətbiqi
Qeyd edək ki, imzalanma mərasimində BDU-nun professor-müəllim heyəti, o cümlədən Ondoqquz May Universitetinin prorektoru və Yüksək Öyrətim Kurulunun üzvü Sait Bilgiç, Tibb fakültəsinin dekanı Haydar Şahinoğlu, Diş Həkimliyi fakültəsinin dekanı Selim Arıcı da iştirak ediblər.
BDU-nun Mətbuat vəİnformasiya şöbəsi, 23 aprel 2011-ci il.
/ 23/04/2011