Bakı Dövlət Universitetinin müəllimi Pavia Universitetində
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Eldar Cəfərov İtaliyanın ən qədim ali təhsil ocaqlarından olan Pavia Universitetində “Qafqaz regionunda böyük siyasi mübarizə”, “Avropa İttifaqı və Azərbaycan Respublikasının ikitərəfli əlaqələri” mövzularında mühazirə oxuyub.
“Erasmus+” proqramı çərçivəsində adıçəkilən universitetə dəvət alan Eldar Cəfərov 5 günlük ezamiyyət zamanı, əsasən Qafqaz regionunun geostrateji əhəmiyyəti və böyük güclər arasındakı mübarizə, region dövlətlərinin xarici siyasətləri, sülh və təhlükəsizlik, o cümlədən Avropa İttifaqı və Azərbaycan Respublikası arasındakı münasibətlərin tarixi, inkişaf dinamikası və gələcək istiqamətləri mövzularına diqqət yetirib, italyan tələbələrlə maraqlı diskussiyalar aparıb.