BDU- da Bilik Günü qeyd olundu
Tədbirdə Universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını təbrik edib. Bu il universitetə 3472 nəfər tələbənin qəbul olunduğunun deyən rektor onlardan 219 nəfərinin 600-dən, 49 nəfərin isə 650-dən yuxarı bal topladığını diqqətə çatdırıb. Abel Məhərrəmov xüsusi olaraq qeyd edib ki, dünyada mövcud olan 150 minədək universitetdən yalnız 20 min top universitet sayılır ki, bu günlərdə həmin universitetlərdən 700-nün adı açıqlanmış, ötən il olduğu kimi, bu il də həmin siyahıda Bakı Dövlət Universiteti yer tutmuşdur.
/ 17/09/2012