BDU Dağıstan Dövlət və Tbilisi Dövlət Universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayıb

Bu gün Bakı Dövlət Universiteti ilə Dağıstan Dövlət və Tbilisi Dövlət Universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb. Tələbə-müəllim mübadiləsini, birgə konfrans və simpoziumların keçirilməsini nəzərdə tutan müqavilələri BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Dağıstan Dövlət Universitetinin rektoru, professor Murtazali Xulatayeviç Rabadanov və İvane Çavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru, akademik  Vladimer Georgiyeviç Papava  imzalayıblar.

Mətbuat və informasiya şöbəsi, 18 dekabr 2014-cü il.

/ 18/12/2014