BDU-nun baş müəllimi beynəlxalq elmi konfransda iştirak edib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının baş müəllimi Qalib Qafarlı Türkiyənin İstanbul şəhərində, İstanbul Universitetinin ev sahibliyi etdiyi 17. Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransında iştirak edib.
Konfransda Qalib Qafarlı “İxracata dövlət dəstəyinin müasir müxanizmləri” mövzusunda məruzə ilə çıxış edib, çoxsaylı sualları cavablandırıb. Məruzədə ölkələrdə tətbiq olunan xarici ticarət siyasətlərinin əsas perspektiv istiqamətləri göstərilib. Azərbaycanda xarici ticarət siyasətinin tərkib hissəsi olunan ixracata dövlət dəstəkləyinin müasir mexanizmləri, Türkiyə, Çin və Rusiyada tətbiq olunan müvafiq dövlət tədbirləri ilə müqaisəli sürətdə analizi diqqətə çatdırılıb. Məruzə konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, Qalib Qafarlının konfransa təqdim olunan 178 mövzu arasından seçilərək gündəliyə salınan 130 məqalədən biridir.
Üçgünlük (30 oktyabr - 1 noyabr) konfransın sonunda Qalib Qafarlı Konfransın Təşkilat Komitəsi tərəfindən beynəlxalq sertifikat və təşəkkürnamə ilə təltif olunub.
![]() . |
![]() . |
![]() . |
![]() . |
![]() . |
/ 04/11/2019