BDU-nun dosenti beynəlxalq elmi konfransda iştirak edib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosenti, siyasi elmlər fəlsəfə doktoru Əlimusa İbrahimov İraqın paytaxtı Bağdad şəhərində “Beyt əl-Hikmə” Akademiyası tərəfindən “İmam Əli ibn Əbu Talib (ə.s) iman, düşüncə və əməldir. Onun həyatından ilham alan islahatçı baxışlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak edib.
Konfransda dosent Əlimusa İbrahimov “İmam Əlinin dövlətçilik və ədalət konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə İmam Əlinin görkəmli dövlət və dini xadimin olması qeyd olunmaqla yanaşı onun Azərbaycanda da yüksək qiymətləndirildiyi iştirakçıların diqqətinə çatdırılıb. Məruzə konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, Əlimusa İbrahimovun məqaləsi konfransa təqdim olunan 68 mövzu arasından seçilərək gündəliyə salınan 24 məqalədən biridir.
Əlimusa İbrahimov səfər çərçivəsində keçirdiyi görüşlər zamanı Azərbaycanda elm və təhsilin bugünkü vəziyyəti, İslam dininə münasibət, Azərbaycan dövlətinin apardığı multikulturalizm siyasəti haqqında geniş söhbət aparıb.
Bakı Dövlət Universitetinin müsəlman dünyasında ilk və aparıcı universitetlərdən biri olması və onun 100 illik yubileyi görüşlərdə müzakirə olunan əsas məsələlərdən olub.
Görüşdə iştirak edən Bağdad, Kufə, Tunis universitetlərinin nümayəndələri Bakı Dövlət Universiteti ilə əməkdaşlıq etmək arzusunda olduqlarını ifadə ediblər.
![]() . |
![]() |