BDU-nun İqtisadiyyat və idarəetmə kafedrasının dosenti vəfat edib.
Bakı Dövlət Universiteti İqtisadiyyat və idarəetmə kafedrasının dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Kərimov Xosrov Şərafəddin oğlu 68 yaşında vəfat edib.
X.Ş.kərimov 1949-cu ildə Quba rayonunda dünyaya gəlib. 1967-1971-ci illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1971-1976-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspirantı olub. 1976-1983- cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun kiçik elmi işçisi kimi əmək fəaliyyətinə başlayıb, 1983-1985-ci illərdə baş elmi işçi vəzifəsində fəaliyyət göstərib. 1985-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin Siyasi İqtisad kafedrasının baş müəllimi, 1990-cı ildən isə Bakı Dövlət Universitetinin İqtisadi nəzəriyyə kafedrasının dosenti vəzifəsində çalışıb. X.Ş.Kərimov uzun müddət “AMEA xəbərləri” İqtisadiyyat seriyası jurnalının redaksiya heyətinin üzvü və məsul katibi olub.
X.Ş.Kərimovun tədqiqatının əsasını keçid dövrünün bölgü münasibətləri, Azərbaycan xalqının iqtisadi fikir tarixi məslələri, iqtisad elminin təkamülü və inkişafı, müasir iqtisadi qloballaşma konsepsiyaları, onların mahiyyəti və təzahürləri, Azərbayanın xarici iqtisadi əlaqələrinin inkişafı və təkmilləşdirilməsi, milli iqtisadi modellər və digər aktual məslələr təşkil edib. X.Ş.Kərimov 100-dən çox elmi əsərin, o cümlədən, monoqrafiyaların, dərsliklərin və dərs vəsaitlərinin müəllifi olub.
X.Ş.Kərimov çoxlu konfransların, o cümlədən keçmiş ittifaq, regional və respublika miqyaslı, həmçinin beynəlxalq miqyaslı konfransların iştirakçısı olub. Təkcə 2005-2006-cı illərdə iki beynəlxalq konqresin iştirakçısı olub.
Respublikada iqtisadiyyat elminin inkişafında, yeni nəslin yetişməsində Xosrov Kərimov əvəzsiz xidmətlər göstərib.
Allah rəhmət eləsin!