BDU-nun tələbəsi Rusiyada forumda iştirak edib

 

Rusiyada keçirilən "Avrasiya" beynəlxalq gənclər forumunda Azərbaycanı Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Sabir Rüstəmov təmsil edib.

O, Rusiya XİN nümayəndəsi Mariya Zaxarova ilə keçirilən brifinqdə də olub. S.Rüstəmov brifinq  zamanı Ermənistan nümayəndələrindən birinin Mariya Zaxarovaya Rusiyanın nə vaxt “Dağlıq Qarabağın müstəqilliyi”ni tanıyacağı ilə bağlı verdiyi təxribat xarakterli sualı cavablandırıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri nəzərə çatdırıb. Buna baxmayaraq erməni nümayəndələri qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldırıblar. S.Rüstəmov dərhal təşkilatçılara müraciət edib, nəticədə onlardan bayraq alınaraq xəbərdarlıq edilib.

Qeyd edək ki, S.Rüstəmov forum çərçivəsində Orenburq şəhərinin qubernatoru ilə görüşüb, Rusiyanın  kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələr verib.







/ 10/10/2018