BDU-nun tələbəsi “Xocalıya Ədaləti Tələb et!” məqalə müsabiqəsinin qalibi olub

“Xocalıya Ədalət”(Justice for Khojaly) beynəlxalq kampaniyası və Azərbaycan Respublikasının Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) birgə təşkil etdiyi “Xocalıya Ədaləti Tələb et!” məqalə müsabiqəsinin nəticələri elan olunub. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Xalid Ələkbərov 60 nəfərin iştirak etdiyi “Xocalıya Ədaləti Tələb et!” məqalə müsabiqəsinin nəticələrinə əsasən 5 qalib 1-i olub.

X.Ələkbərovun məqaləsi beynəlxalq hüquqda Xocalı soyqırımı statusuna həsr olunub, 1992-ci il fevralın 26-da Xocalıda baş verən hadisələrə Azərbaycan diplomatiyasının və diasporasının ədalət mübarizəsində uğurlarından bəhs edilib.

Məqalədə erməni tərəfinin nümayəndələrinın bu məsələ ilə bağlı birmənalı olmayan mövqeləri açılıb və onların ifadələrinin həqiqiliyi şübhə altına qoyulub.  Aqressor dövlətin törətdiyi cinayətə görə məsuliyyətdən qaçmağın uğursuz və yöndəmsiz cəhdləri, Xocalı hadisələrinin Ermənistan tərəfindən necə təsvir edildiyi, “təkamülü “  barədə ətraflı yazılıb.

Qeyd edək ki, X.Ələkbərovdan başqa BDU-nun daha iki tələbəsi - Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Əkbər Əliyev və  Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Ayşən Bayramova da qaliblər arasında yer tutublar. Onlara  hədiyyələr və sertifikat təqdim olunub.


/

/

 

/ 19/03/2019