Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində elmi-praktiki konfrans keçirilib
![]() |
. | Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Siyasi-iqtisadi sabitlik və ölkənin inkişaf perspektivləri” adlı respublika səviyəli elmi-praktiki konfrans keçirilib. Konfransı giriş sözü ilə fakültənin dekanı, professor Zeynal Həsənalıyev açaraq Ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolundan, onun Azərbaycan diplomatiyasında qazandığı uğurlardan bəhs edib. |
BDU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Ağalar Abbasbəylinin “Münaqişə və müharibə”, İqtisadiyyat və idarəetmə kafedrasının dosenti Kutais Sarıyevin “Azərbaycanda qeyri neft sektorunun inkişafında dövlətin çevik pul-kredit siyasətinin rolu”, Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və qiymətləndirmə kafedrasının müəllimi, i.ü.f.d. Hümbətova Suqranın "Avropa İttifaqında aqrar bazarın və aqrar istehsalın tənzimlənməsi xüsusiyyətləri" və müəllim Abdullayeva Esmiranın "Aqrar sahibkarlığın inkişafının mövcud vəziyyətinin təhlili" mövzusunda çıxışları konfrans iştirakçılarının böyük marağına səbəb olub.
Konfrans işini “Beynəlxalq münasibətlər”,“Diplomatiya və müasir inteqrasiya prosesləri”,”İqtisadiyyat”, “Politologiya” bölmələrində davam etdirib.
Qeyd edək ki, konfransadigər ali məktəblər də daxil olmaqla fakültənin professor-müəllim heyəti, magistrant, tələbələri tərəfindən 60-dan artıq məqalə təqdim olunub və onlar arasından ən yaxşı məqalə müəllifləri mükafatlandırılıb.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |