Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində görüş

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Azərbaycan Respublikası Prezident yanında bilik fondunun dəstəyi və təşkilatçılığı ilə “Dünya elmi Azərbaycanda” proqramı çərçivəsində ustad dərsləri (master class) keçirilib. Dərs zamanı B.Yeltsin adına Ural Federal Universitetinin professoru, Azərbaycanşünaslıq  mərkəzinin müdiri Aleksandr Gennadiyeviç Nesterov tələbə və mütəxəssislər qarşısında “Avropa Birliyi, dünən, bu gün, sabah” mövzusunda mühazirə oxuyub. Mühazirə geniş maraqla qarşılanıb, Rusiyalı politoloqun mövqeyi ilə bağlı araşdırmaları geniş əks səda doğurub.

Mətbuat və informasiya şöbəsi, 15 dekabr 2014-cü il.

/ 15/12/2014