Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Kapital bazarı mövzusunda mühazirə oxunub
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əməkdaşı, Elcan Məmmədov Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Kapital bazarı mövzusunda mühazirə oxuyub
Mühazirədə tələbələrə Maliyyə bazarı, Kapital bazarı haqqında ümumi məlumat verilmiş, bu bazarın nə qədər önəmli olduğunu, kimlər hansı şəkildə istifadə edə bilər kimi məsələlər bağlı geniş məlumat verilmişdir. Maliyyənin insan həyatında rolu, nə kimi təsirlərə malikdir, əldə olunan maliyyənin produktiv şəkildə istifadəsi, alternativ maliyyə mənbələri, fərqli cəhətləri, rahat və ucuz maliyyəyə çıxış imkanı verən Kapital bazarının üstünlükləri də izah edilmişdır. Mühazirədə həmçinin kapital bazarının iş prinsipi, iştirakçıları, onların bu bazarda yeri və rolu və kapital bazarın alətləri , növləri (səhmlər və istiqrazlar) haqqında geniş məlumat verilmişdir.
Mühazirənin sonunda tələbələrlə interaktiv müzakirələr aparılmış, aktiv iştirak edən tələbələrə kitablar və CD şəklində maliyyə terminlərinin izahlı lüğətləri təqdim olunmuşdur.