Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində konfrans

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində konfrans
Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Azərbaycanın iqtisadi inkişafı və dövlət quruculuğu beynəlxalq münasibətlər sistemində” adlı ümumrespublika səviyyəli elmi-praktiki konfrans keçirilib.
Ulu öndərin anadan olmasının ildönümünə həsr olunan konfrans və elmi simpoziumların keçirilməsi bütünlükdə Bakı Dövlət Universitetində olduğu kimi beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində də ənənə şəklini alıb. Bu tədbirlərə fakültə rəhbərliyi hər il böyük əhəmiyyət verir, professor-müəllim heyəti, magistrant və tələbələr öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün ciddi hazırlaşırlar.
Konfransın açılışında çıxış edən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı, professor Zeynal Həsənalıyev ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yoluna, onun Azərbaycan diplomatiyasında qazandığı uğurlara nəzər salıb, maraqlı fikirlər səsləndirib. Sonra professorlar - Ağalar Abbasbəyli, Hacıağa Rüstəmbəyov, Amil Məhərrəmov, dosent Vəliyyulla Cəfərovun çıxışları dinlənilib. Ümummilli liderin rəhbərliyi altında müxtəlif məsul vəzifələrdə çalışan professor Ağalar Abbasbəylinin xatirələri konfrans iştirakçılarının böyük marağına səbəb olub.
Açılış mərasimindən sonra konfransın işi bölmələr üzrə davam etdirib.
Beynəlxalq münasibətlər bölməsinin sədri professor Ağalar Abbasbəyli, Diplomatiya, müasir inteqrasiya prosesləri və politologiya bölməsinin sədri Pprofessor Hicran Hüseynova, İqtisadiyyat bölməsinin sədri professor Amil Məhərrəmov, məsul katib isə elm və magistratura üzrə dekan müavini İkram Cəbrayılov olub. Konfransa fakültənin professor-müəllim heyəti, magistr və tələbələri tərəfindən 80-nə yaxın məqalə təqdim olunub, onlar arasında ən yaxşı məqalə müəlliflərinin mükafatlandırılması nəzərdə tutulub.




















/ 08/05/2015