Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində konfrans keçirilib

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində iqtisadçı alim Aqil Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş  konfrans keçirilib.


Konfransı giriş sözü ilə fakültənin dekanı, professor Zeynal Həsənalıyev açaraq tanınmış alim Aqil Əliyevin keçdiyi həyat yolundan, onun Azərbaycan iqtisadi fikir tarixindəki rolundan, qazandığı uğurlardan bəhs edib.

Konfransda professor Amil Məhərromov Aqil Əliyevin elmi yaradıcılıq fəaliyyətindən geniş danışaraq bildirib ki, Aqil Əliyev keçmiş SSRİ məkanında, o cümlədən respublikamızda səhiyyənin iqtisadiyyatı problemləri ilə məşğul olan ilk iqtisadçı alimlərdən olub.

Professor Ağalar Abbasbəyli, dosentlər Kutais Sarıyev , Kərəm Məmmədov çıxış edərək alimin Azərbaycan iqtisadi fikir tarixinə böyük töhvə verdiyini xüsusi qeyd edib, uzun illər ATU-nun “Siyasi İqtisadi” kafedrasına rəhbərlik etdiyi və həyat səviyyəsi, sosial sahələrin iqtisadiyyatı problemlərinə dair sanballı elmi araşdırmaların müəllifi olduğunu bildiriblər.





/ 14/03/2017