Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində müdafiə keçirilib

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi, magistr səviyyəsi üzrə isə dissertasiya müdafiəsinin ilkin müzakirəsi keçirilib.

Bakalavr səviyyəsi üzrə müdafiədə fakültə dekanı prof.Z.Həsənalıyev, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri prof. A.Məhərrəmov, Dünya iqtisadiyyatı kafedrasının müdiri prof. H.Rüstəmbəyov, prof. P.Həsənova, dos. L.Abışlı, dos. K.Sarıyev,  dos. H.Aslanov, dos. H.Şamilova, dos. S.Əhmədova, müəl. Q.Qafarlı, b/lab. M.İsmayılova və başqaları iştirak edib. Müdafiədə giriş sözü ilə çıxış edən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı prof.Z.Həsənalıyev diplomçulara uğurlar arzulayıb.

Buraxılış işi üzrə S.Əliməmmədovanın  “Xarici ticarət siyasətinin formalaşmasında ÜTT-nin rolu”, E.Ziyədinlinin “Almaniyanın Avropa ittifaqı iqtisadiyyatında mövqeyi”, Q.Qubadovun “Beynəlxalq valyuta münasibətləri və valyuta sistemi”, T.Abdıyevanın “Azərbaycan iqtisadiyyatında xarici investisiyaların rolu”, R.Məmmədovun “ABŞ-ın Dünya iqtisadiyyatında mövqeyi və inkişaf meylləri” mövzularında hazırladıqları buraxılış işləri müdafiə şurasına təqdim edilib. Tələbələrin diplom işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib. Sonda müdafiə şurasının üzvləri tərəfindən təqdim edilən işlər haqqında müsbət fikirlər səsləndirib, buraxılış işlərinin mövzu dairələrinin daha da genişləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb.

Magistratura pilləsi üzrə magitr dissertasiyalarının ilkin müzakirəsi baş tutub. İlkin müzakirədə fakültə dekanı prof.Z.Həsənalıyev, dekan müavini dos. İ.Cəbrayılov, dos. F.Vahidov, dos. T.Behbudov, dos. N.İbadov, dos. A.Rüstəmov, dos. Z.Əhmədova, b.müəl. Ü.Quliyeva iştirak edib. Müzkirədə çıxış edən magistrlər şura üzvlərinin suallarını cavablandırıb. Daha sonra kafedranın əməkdaşları dos. T.Behbudov və dos. Z.Əhmədova magistr dissertasiyalarına rəylərini bildirib. Sonda çıxış edən şura üzvlərindən dos. F.Vahidov magistr dissertasiyalarının elmi potensialının lazımi səviyyədə olduğu qeyd edib, eyni zamanda bəzi iradları iddiaçıların nəzərinə çatdırıb.

.
.
.
.
/ 09/06/2017