Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Respublika elmi-praktik konfransı keçirilib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Beynəlxalq turizmə innovativ yanaşmaların siyasi və iqtisadi aspektləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Çıxış edən dekan, professor Zeynal Həsənalıyev konfransın əhəmiyyətindən danışaraq respublikanın müxtəlif ali təhsil ocaqlarından gənc tədqiqatçıların da iştirak etdiklərini bildirdi.
Daha sonra dosentlər - Kutaisi Sarıyev, Fazil Vahidov, baş müəllim Əlimusa İbrahimov konfransın mövzusunun müzakirəsinin önəmindən bəhs etdilər.
Yekunda konfrans materiallarının toplu halında dərc olunması qərara alınıb.
/ 26/12/2017