Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Azərbaycan-Pakistan arasında keçirilən “Azərbaycanın Müasir Dinamikası” adlı onlayn təcrübə proqramında çıxış edib
Avqustun 10-da Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyi və paytaxt İslamabadda yerləşən “Qlobal və Strateji Tədiqatlar Mərkəzi”-nin təşkilatçılığı ilə “Azərbaycanın Müasir Dinamikası” adlı onlayn təcrübə proqramının 3-cü sessiyası baş tutmuşdur. Sessiyada iştirak edən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov tərəfindən Pakistanın müxtəlif universitetlərində təhsil alan magistrant və doktorantlar üçün “Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu: xarici siyasət və Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi” mövzusunda təqdimat-mühazirə keçilmişdir.
Tədbirin açılış nitqində QSTM-nin direktoru və təcrübə proqramının koordinatoru Mehreen Gul təcrübə proqramının Azərbaycan və Pakistan arasındakı ikitərəfli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi.
Daha sonra Sultan Zahidov tərəfindən “Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu: xarici siyasət və Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi” mövzusunda təqdimat nümayiş edildi. Təqdimatda Azərbaycanın xarici siyasətinin başlıca məqsəd və prinsiplərindən, Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini yenidən bərpa edən Azərbaycanın regional və beynəlxalq inteqrasiya proseslərinə qoşulmasından, Azərbaycanın mühüm beynəlxalq və regional təşkilatlarla əlaqələrindən və iştirakçısı olduğu regional enerji layihələrindən, Dağlıq-Qarabağ münaqişəsinin tarixi və nizamlanması prosesindən, o cümlədən 2020-ci ilin iyul ayında cəbhə xəttindəki gərginlikdən, Tovuz hadisələrindən bəhs olunub. Tədbirin sonunda iştirakşıların mövzu ilə bağlı sualları cavablandırıldı.
![]() |
![]() |
![]() |
![]() |