Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimləri konfransda iştirak ediblər

Bakıda Ə.Topçubaşov adına Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Topçubaşov Təhlükəsizlik Konfransı: Şərqi Avropada və post-sovet məkanında təhlükəsizlik məsələləri” adlı konfrans keçirilib. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin bir qrup müəllim heyəti və tələbə kollektivi həmin konfransda iştirak ediblər. Konfrans çərçivəsində “Şərqi Avropa ölkələrinin təhlükəsizlik strategiyalarının qiymətləndirilməsi” və “Post-sovet ölkələri: sərhədlərdə təhlükəsizliyin balanslaşdırılması” mövzularında panel müzakirələri olub.

Tədbirə spiker qismində almaniyalı siyasi ekspert Andreas Umland,polşalı siyasi ekspert Adam Rixard ,estoniyalı ekspert Merle Maiqre, türkiyəli professor Hüseyin Bağçı, ,belarusiyalı ekspert Arseni Svitski, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev dəvət olunublar. Onlar Şərqi Avropada və post-sovet məkanında son təhlükəsizlik durumunu müzakirə edib bununla bağlı mülahizələrini irəli sürüblər. Daha sonra müəllim və tələbələrin iştirakı ilə fikir mübadiləsi aparılıb. Xatırladaq ki, yeni yaradılmış Topçubaşov Beyin Mərkəzinin həmtəsisçisi BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsinin məzunu Rusif Hüseynovdur.


/

/

/


/ 22/01/2019