Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib

Bu gün Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsində bütün professor-müəllim heyətinin iştirakı ilə Fakültə  Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib. Dekan, Professor Zeynal Həsənalıyevin çıxışından sonra fakültənin Həmkarlar Təşkilatının sədri dosent Kərəm Məmmədovun hesabatı dinlənilib.Dolğun məzmunlu, geniş əhatəli hesabatında keçən dövr ərzində görülən işlər barədə ətarflı məlumat verən Kərəm Məmmədovun məruzəsindən sonra professorlar Amil Məhərrəmov, Vahid Abbasov, docent Vəliyyulla Cəfərov  cıxış ediblər. Məruzə üzvlər tərəfindən qənaətbəxş hesab edilib.

Sonra BDU HİK-in sədri Fikrət Şiriyev çıxış edərək, dosent Kərəm Məmmədovun hesabatını yüksək qiymətləndirib, işindən razı qaldığını bildirib. Sonra o, yay məzuniyyəti və asudə vaxtların dəyərləndirilməsi haqqında verilən suallara cavab verib, fakültə əməkdaşlarını universitet rəhbərliyinin təşkil etdiyi istirahət layihələrində daha da fəal olmağa çağırıb.

İclasın sonunda Fakültə Həmkarlar Təşkilatının bürosuna yeni üzvlər seçilib. Kərəm Məmmədov etimad göstərilərək yenidən sədr seçilib.

/ 05/03/2015