İxtisaslaşdırılmış elmi şuralarda magistr dissertasiyaları müdafiə olunub
Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsini bu il Beynəlxalq İqtisadi münasibətlər, Gömrük işi, İqtisadi nəzəriyyə, Azərbaycanda siyasi proseslər, Milli təhlükəsizlik və siyasi strategiya, Beynəlxalq münasibətlər ixtisaslaşmaları üzrə 14 qiyabi magistr bitirir. Bu magistrlar, biri xarici vətəndaş olmaqla, İxtisaslaşdırılmış Müdafiə Şuralarında Dissertasiya müdafiəsinə buraxılmışlar.
27.02.2015-ci il tarixində müdafiə İqtisadiyyat və idarəetmə kafedrasında olmuşdur. Kafedra müdiri iqtisad elmləri doktoru, professor Amil Məhərrəmov iddiaçıları təbrik etmiş və dissertasiyaların hazırlanması zamanı tələbələrin qarşılaşdıqları çətinlikləri bir-bir sadalamışdır. Şurada iştirak edən professor müəllim heyəti də elmi işləri yüksək qiymətləndirmişlər.
Qeyd edək ki, ixtisaslaşdırılmış elmi şuraların Azərbaycanda siyasi proseslər və Milli təhlükəsizlik və siyasi strategiya ixtisaslaşmaları üzrə sədri professor Əli Əhmədov, Beynəlxalq münasibətlər ixtisaslaşması üzrə sədri professor Ağalar Abbasbəyli, İqtisadi nəzəriyyə, Gömük işinin təşkili və Beynəlxalq iqtisadi münasibətlər ixtisaslaşmaları üzrə sədri Amil Məhərrəmov olmuşdur.