Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin müəllimi Türkiyədə konfransda çıxış edib

Türkiyədə VII Beynəlxalq Qaradəniz Simpoziumu keçirilib. “Türkiyə-Rusiya münasibətləri” mövzusunda keçirilən elmi konfransda Bakı Dövlət Universitetini Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin müəllimi Eldar Cəfərov təmsil edib. O, “Cənubi Qafqaz böyük dövlətlərin maraqlarında: mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə edib, çoxsaylı sualları cavablandırıb.

İkigünlük konfransın sonunda E.Cəfərov Giresun Universitetinin rektoru tərəfindən beynəlxalq sertifikat və təşəkkürnamə ilə təltif olunub.


.

.

.

.
/ 23/10/2017