Dini–etnik konfliktlər və Rohinca müsəlmanları müzakirə edilib
Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsində Rohinca müsəlmanlarına həsr olunmuş təqdimat keçirilib. Fakültənin əməkdaşı, mütəxəssis Sultan Zahidli dini-etnik münaqişələr, o cümlədən Myanmar hadisələri barədə təqdimatla çıxış edib. Adıçəkilən hadisələr barədə ətraflı məlumat verən S.Zahid konfliktlərin yaranma səbəblərini izah edib.
Tədbirdə BM, Tarix və Jurnalistika fakültəsinin tələbə və magistrantları iştirak ediblər. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.