Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclası giris sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və gündəliyi elan edib. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva qış imtahan sessiyasına hazırlıq və Avropa oyunları ilə əlaqədar imtahan sessiyaları və tədris qrafikindəki dəyişikliklər haqqında məlumat verib.

Elmi Şurada həmçinin kredit sistemi üzrə tədrisin təşklinə dair Təhsil Nazirliyinin təlimati sənədlərinin elan edilməsi və onların icrası üzrə vəzifələrin müzakirəsi aparılıb. İclasda həmçinin elmi adların verilməsi və BDU-nun 95 illik yubileyi ilə əlaqədar təltiflərin təqdimatı keçirilib. Rektor Abel Məhərrəmov bir qrup müəllim heyətinə Təhsil Nazirliyinin Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı və fəxri fərmanı təqdim edib. Həmçinin BDU-nun 95 illik münasibətilə bir qrup müəllim Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri fərmanı və pul mükafatı ilə təltif olunib. Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi də həmçinin 95 illik yubiley münasibətilə həmkarlar fəallarına fəxri fərmanlar təqdim edib. Daha sonra iclasda cari məsələlər müzakirə edilib.

Mətbuat və informasiya şöbəsi, 25 dekabr 2014-cü il.

/ 26/12/2014