Elmi-praktik konfrans keçirilib

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsində “ Dini radikalzmə qarşı mübarizə”mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransdsa Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin professor- müəllim heyəti, magistrantlar və tələbələr iştirak etmişdir. Giriş sözü ilə konfransı fakültənin dekanı, professor Zeynal Həsənalıyev açmışdır. O öz çıxışında konfransın mövzusunun heç də təsadüfi seçilmədiyini vurğulamışdır. Belə ki, bu gün din adı altında gizlənərək insanlığa yaraşmayan qəddarlıqla cəmiyyətə qənim kəsilən radikallara qarşı mübarizə aparmaq həmişəkindən daha çox vacibdir. Öz məkrli niyyətlərini din ilə pərdələyən üzdəniraq “dindarlar” müasir dövrdə cəmiyyətin ən böyük bəlasıdır.

Professor Ağalar Abbasbəyli də mövzunun son dərəcə aktual olduğunu diqqətə çatdırmış, gənclərimizi yad təsirlərdən qorumaq üçün qüvvələrimizin səfərbər olunmasının vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Çıxışlar zamanı magistrant və tələbələr də mövzu ilə bağlı öz düşüncələrini bölüşmüşlər.


/ 06/03/2015