Fakültə Tədris-Metodiki Şurasının hesabatı keçirilib

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Elmi Şurasının  növbəti iclası keçirilib. Əvvəlcə fakültə Tədris-Metodiki Şurasının (TMŞ) 2016-2017-ci tədris ili üçün təqdim etdiyi hesabat dinlənilib. Hesabat məruzəsi ilə TMŞ-nin sədri, dosent Məcid Əfəndiyev çıxış edib. Dekan, professor Zeynal Həsənalıyev, Şura üzvü Dünya iqtisadiyyatı kafedrasının müdiri, professor Hacıağa Rüstəmbəyov, Politologiya və sosiologiya kafedrasının dosenti Fazil Vahidov hesabat ətrafında müzakirələrdə iştirak edib və onu müsbət qiymətləndiriblər.

Daha sonra professor Ağalar Abbasbəyli, professor Elşar Orucov, professor Vahid Abbasov, s.e.f.d. Əlimusa İbrahimov, dosent Vəliyulla Cəfərov fakültə Tədris Metodiki Şurasının qısa müddət ərzində gördüyü geniş fəaliyyəti yüksək qiymətləndirərək müəyyən təkliflər irəli sürüblər.
Sonda BDU-nun TMŞ-nın sədri, akademik Vasif Babazadənin çıxış edərək dosent Məcid Əfəndiyev 2016-2017-ci tədris ili üçün hazırladığı hesabatın qənaətbəxş olduğunu bildirib.

 

/
/
/
/
/


 

/ 27/09/2017